Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edildi
Yusif Nəzərli
12:51 22.12.2022
Aktual
429
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Belə ki, fərmanın 3.1.2-ci yarımbəndindən “Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını” sözləri çıxarılıb.
Əsasnamənin əvvəlki variantında qeyd olunmuşdu ki, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.
Dəyişiklikdən sonra isə yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını tapşırıqlarını yerinə yetirəcək.
Digər dəyişikliklə sənədin 3.1.22-ci yarımbəndinin ikinci cümləsi çıxarılıb. Fərmanın müvafiq bəndinin ikinci cümləsi isə belə idi:
“Naxçıvan Muxtar Respublikasında isə yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi müddətlərdə ona hesabat verirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm
Putin ölkələrə çağırış etdi
10:27 01.09.2026
Dünya
Ukrayna Leninqradı vurdu
10:13 01.09.2026
Dünya
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla müzakirə aparıb - YENİLƏNDİ
10:11 01.09.2026
Gündəm
Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir
10:08 01.09.2026
Gündəm
Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
10:06 01.09.2026
Gündəm