Nazirlik: “Müharibədən sonra ermənilər Dəmirli yatağında istismar sahəsini iki dəfə böyüdüblər” - FOTO
Yusif Nəzərli
12:44 14.12.2022
Aktual
354
“Qızılbulaq qızıl yatağı 2002-ci, Dəmirli mis-porfir yatağı isə 2013-cü ildən istismar edilib. Hər iki yataq “Base Metals” şirkəti tərəfindən talan edilib”.
Bunu Oxu.Az-açıqlamsında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, bu yataqlardan böyük miqdarda mis, molibden və qızıl Ermənistana daşınıb:
“Ermənilər beş ildir ki, orada istismar aparılmadığını bildirsələr də, bu, həqiqəti əks etdirmir. Dəmirli mis-molibden yatağında ermənilər tərəfindən yenidən istismara başlanılıb və bu, müvafiq faktlarla təsbit edilib. Monitorinq qrupu 2022-ci il dekabrın 10-da ərazilərə daxil olacağı zaman Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına baxış keçirməli idi.
Hər iki yatağa girişdə ermənilər planlı bir oyunla bizi oraya buraxmadılar və sülhməramlılar bu məsələdə qətiyyətsizlik göstərdilər. Dəmirli mis-porfir və Qızılbulaq qızıl yatağında ermənilər qarşımızı kəsərək ciddi maneələr törətdilər”.
O qeyd edib ki, Dəmirli mis-molibden yatağının üçüncü girişində də sərt müqavimətlə üzləşiblər:
“Ərazidən keçid zamanı vizual müşahidələr apara bildik. Mən 2021-ci ildə də orada olmuşam. Bu dəfə hərəkət boyu müşahidə etdim ki, istismar ərazisinin sahəsi iki dəfə böyüyüb”.
“30 illik işğal dövründə qızıl yataqlarımızda 30-a yaxın şirkət çalışıb. Onlar beynəlxalq konvensiyaları və Azərbaycan qanunlarını pozublar. Zor tətbiq etməklə ölkəmizə məxsus mineral-xammal ehtiyatlarını qanunsuz istismar etmək olmaz. Erməni işğalçı rejim tərəfindən qanunsuz şəkildə yataqlarımızdan 10 minlərlə ton mineral xammal daşınıb”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya