“Ölkəmiz İrandakı 40 milyon azərbaycanlını da müdafiə etmək gücündədir”
“Ölkəmiz İrandakı 40 milyon azərbaycanlını da müdafiə etmək gücündədir”
Yusif Nəzərli
15:03 25.11.2022
Aktual
562
"Azərbaycan və İran münasibətləri indiyə qədər görünməmiş səviyyədə gərgin mərhələyə daxil olub. Bu əlaqələri yaxından izləyən hər kəs əmindir ki, bütün məsuliyyət İran və molla rejiminin ideoloqlarının üzərindədir".
Bu sözləri "Sherg.az"a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. O vurğulayıb ki, Azərbaycan prezidentinin açıq və birmənalı şəkildə dediyi kimi, ölkəmiz nə qədər təmkinli davransa da, İrandan analoji cavabını görmədi:
"Əksinə, cənub qonşumuz həmişə ya birbaşa Azərbaycanın əleyhinə addımlar atıb, münasibətləri gərginləşdirib, ya da müharibə və qeyri-sülh vəziyyətində olduğumuz Ermənistana birbaşa yardımlar göstərib. Bu formada Azərbaycanın mənafelərinə ziyan vurub.
Doğrudan da, ölkə liderimizin diqqətə çatdırdığı kimi, olduqca düşündürücüdür ki, iki ayda İranın Azərbaycan sərhədində 2-3 dəfə hərbi manevrlər etməsi və ekspertlərin tam qənaətinə görə, bunların güc xarakterli olması dövlətimizə heç bir halda dost münasibətin təzahürü sayıla bilməz. Bu, açıq-aşkar düşmən niyyətidir. Hətta Ermənistanın nümayiş etdirmədiyi bir davranışı İrandan görürük.
Ona görə də dövlət başçımızın reaksiyası şəraitə tamamilə uyğundur. Bundan sonra İranla münasibətlərdə yaranan hər hansı gərginlik mərhələsinin tam məsuliyyətinin rəsmi Tehranın üzərində olduğunu bir daha göstərir. Azərbaycan İrandan fərqli olaraq, həmişə təmkinli davranıb.
Cənub qonşumuzla son vaxtlar sərhədlərdə keçirilmiş hərbi təlimlər də dövlətimizin yalnız istənilən bir aqressiya qarşısında duruş gətirmək gücünün mövcudluğunu nümayiş etdirmək məqsədi daşıyır. Ölkəmiz bu hərbi təlimlərlə heç kimi hədələməyib. Sadəcə özünün hər cür hücumları dəf etməyə qadir olduğunu demək niyyətini ifadə edir. Bu gün molla dövlətinin İranda insan haqlarının pozulması ilə bağlı apardığı siyasətin də Azərbaycana birbaşa təsiri var. Ölkəmiz isə elə bir inkişaf mərhələsinə çatıb ki, İranda olan 40 milyon azərbaycanlını da müdafiə etmək gücünə malikdir".
Qeyd edək ki, noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev çıxışı zamanı bildirib:
"Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual