Ombudsman Xocavənddəki kütləvi məzarlıqla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Yusif Nəzərli
15:28 04.10.2022
Aktual
440
Ombudsman Xocavənddə aşkarlanan növbəti kütləvi məzarlıqla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
"Report" Ombudsman Aparatına istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə kütləvi məzarlıq aşkar olunub. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığı tapılıb. Geyim və əşyalarına əsasən həmin şəxslərin hərbçi olduqları məlum olub. Bu isə azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir.
Aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bugünədək taleyi naməlum olan soydaşlarımıza məxsus olma ehtimalı vardır. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırmışdır.
Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsi bu faktın üzə çıxması ilə bir daha təsdiqlənmiş oldu.
Xatırladaq ki, həmin kənddə bu ilin fevral ayında da azərbaycanlıların kütləvi dəfn edildiyi məzarlıq tapılmışdı.
Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nadir hadisə: Saturn adi gözlə görünəcək
21:49 04.10.2026
Maraqlı
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol