
Parisin qərəzli addımı: Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır -TƏHLİL
13:30 17.04.2024
Aktual
604
Fransa Azərbaycanla münasibətləri korlamaq istiqamətində indiyə qədər mümkün olan bütün addımları atıb. Fransa parlamentinin qondarma “arsax”ı tanıması, Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycana qarşı qətnamələr qəbul etdirmək cəhdləri və Avropa İttifaqında( Aİ) Azərbaycana qarşı kampaniyalar həyata keçirməsi buna nümunədir. Eyni zamanda, rəsmi Paris Avropa Parlamentində Azərbaycana qarşı qətnamələrin qəbulunda aktiv iştirak edib.
Fransa tərəfindən Laçın yolundakı ekoaksiya zamanı “blokada şousu”nun yaradılması, Ermənistanı silahlandıraraq revanşa hazırlaması və19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizlik də rəsmi Parisin Azərbaycan əlehyinə atdığı addımlar sırasına daxildir.
Paris tərəfindən növbəti belə bir addım isə Fransanın Azərbaycandakı səfiri Ann Buayonu geri çağırmasıdır.
Sözügedən ölkə əsassız olaraq rəsmi Bakını ikitərəfli münasibətlərə xələl gətirməkdə ittiham edib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirini geri çağırılması ilə bağlı yerli mətbuatın suallarını cavablandırıb.
O qeyd edib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, rəsmi Bakının Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub:
"Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb".
XİN rəsmisi bildirib ki, Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.
Onun sözlərinə görə, Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib.
Rəsmi Parisin ölkəmizə qarşı növbəti qərəzli mövqeyini şərh edən siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, Fransa 44 günlük müharibədən sonra Azərbaycanla münasibətləri korlamağa başlayıb:
“İki ölkə arasında əlaqələrin pisləşməsində əsas səbabkar rəsmi Bakı yox, Parisdir. Ona görə də bu kontekstə Fransanın Azərbaycandakı səfirini geri çağırması özü-özlüyündə sual doğurur. Çünki iki ölkə arasında böhranlı vəziyyət yarandıqda səfirini geri çağıran ölkəyə qarşı hansısa addım atılmış olur. Yəni Fransa elə görüntü yaratdı ki, Azərbaycan ona qarşı mənfi hərəkətlər edir və dövlət maraqlarına xələl gətirir. Amma Azərbaycan 44 günlük Vətən savaşında və ondan sonrakı dövrdə heç zaman belə mövqe sərgiləməyib. Əksinə olaraq rəsmi Bakı daim dialoqların tərafdarı olub. Fransa İkinci Qarabağ müharibəsində, tamamilə Ermənistanı dəstəklədi. 44 günlük savaşdan sonrakı bütün proseslərə baxdıqda görürük ki, Fransa tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı mənfi addımlar atılıb. Belə olan halda isə Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır”.

Ekspert bildirib ki, Fransanın Azərbaycana qarşı etdiyi hərəkətlərin üstünü ört-basdır etmək üçün öz səfirini geri çağırdığını deyə bilərik:
“Rəsmi Paris bu hərəkəti ilə növbəti qərəzli mövqeyini ortaya qoydu. Fransa Prezidenti Emmanuel Makron bütün vasitələrdən istifadə edərək Azərbaycana qarşı çıxır. Bu siyasətin arxasında eyni zamanda, erməni diasporu dayanır. Makron Azərbaycandakı səfirini geri çağırmaqla rəsmi Bakıya qarşı olan qərəzli mövqeyini legitimləşdirməyə çalışır. Azərbaycanla münasibətlərin pozulması isə Fransaya mənfi təsir göstərəcək. Çünki bununla rəsmi Parisin Cənubi Qafqazdakı planları sual altına düşür. Azərbaycan da eynilə Fransa ilə diplomatik münasibətlərə yenidən baxa və öz səfirini geri çağıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya