Parlamentari: Ermənistanın Rusiyadan qopmaq niyyəti ciddi fəsadlar verəcək
Yusif Sultanoğlu
03:47 17.11.2023
Aktual
442
Əsarət zənciri çox qalındır
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskva-İrəvan arasında təmasları şərh edib. Son günlər Ermənistanın Rusiya əleyhinə addım və bəyanlarını şərh edən Zaxarova İrəvana Moskvanın da cavabının gecikməyəcəyini söyləyib: "Qarşılıqlı öhdəliklərimiz, sazişlər, ikitərəfli münasibətlərlə bağlı intensiv təmaslarımız var. Lakin ayrı-ayrı siyasətçilərin Ermənistan ərazisində bəzən aqressiv ritorikasını qeyd etməyə bilmərik. Bu da ümumiyyətlə hər hansı bir çərçivədən kənara çıxır. Bu ritorika yalnız Rusiya hökumət nümayəndələrinə deyil, həm də jurnalistlərə, ekspertlərə və ümumiyyətlə, ölkəmizə ünvanlanıb. İrəvanın atdığı konkret addımlar var ki, bu da razılaşdığımız, imza atdığımıza uyğun gəlmir. Təbii ki, biz də buna eyni şəkildə reaksiya verəcəyik". Zaxarova deyib ki, Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb. O, Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu eyni zəncirin halqaları kimi dəyərləndirib: "Lakin mənə elə gəlir ki, bu, əsarət zənciridir. İrəvan ABŞ və Avropa Birliyinin məsləhəti ilə hərəkət edərək gələcək regional konfiqurasiyadan kənarda qalmaq riski ilə üzləşir".
Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel dəfələrlə müəyyən proseslərdə “qarant” kimi çıxış etsə də, heç vaxt uğur əldə etməyib: “Biz yalnız konkret marşrutun yaradılmasının deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıyıq".
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a deyib ki, Moskva ilə İrəvan arasında gərginlik artmaqdadır.
Deputat bildirib ki, Ermənistan Rusiyanın liderliyi ilə fəaliyyət göstərən KTMT, Avroasiya və Gömrük İttifaqlarında iştirakdan yayınır:
"Açıq şəkildə Qərbpərəst mövqe sərgiləyir. Fransa başda olmaqla, bəzi Qərb dövlətlərinin dəstəyi ilə Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına çalışır. Hesab edirəm ki, bu proses Ermənistan üçün son dərəcə ağrılı keçəcək. Ciddi fəsadları ola bilər. İrəvan belə demək mümkünsə, növbəti dəfə "ağasını" dəyişir və himayədarına xəyanət edir. Ermənilərin tarixində belə hadisələr çox olub. İstisna deyil ki, Vaşinqtonda və Brüsseldə müəyyən dairələr tərəfindən, Ermənistana bəzi vədlər verilib. Son Qranada görüşləri də bunu təsdiq etdi. Qərb-Rusiya qarşıdurması fonunda Ermənistandan alət kimi istifadə olunur. O baxımdan ilin axırınadək sülh sazişinin imzalanacağını düşünmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə