Parlamentari: Nazirlərin Ankaradan verdiyi mesajlar İrəvana xəbərdarlıqdır
Yusif Nəzərli
00:20 29.08.2024
Aktual
825
Ermənistanın silahlandırılması məsələsi təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da yönəlmiş addımdır
Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir. Bunu ötən gün Türkiyəyə birgünlük səfər etmiş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirdiyi görüşdə səsləndirib. Nazirin sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi sülh sazişi layihəsindən sonra danışıqlar prosesində müsbət dinamikalar müşahidə olunsa da, son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var: "Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir". C.Bayramov onu da əlavə edib ki, Ermənistanın konstitusiyasında və bir çox normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalmaqdadır: "Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, amma bu da sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur".
Qeyd edək ki, Ermənistan son aylarda yenidən silahlanır. ABŞ, Fransa və Hindistandan göndərilən ağır texnikalar artıq Ermənistana yerləşdirilib. Yeni silahların da göndəriləcəyi, habelə ABŞ və Fransaya məxsus hərbçilərin Ermənistana gələcəyi barədə xəbərlər yayılır.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az”a açıqlamasında deyib ki, Ceyhun Bayramovun “Ermənistanın üçüncü dövlətlər tərəfindən silahlandırılması bölgənin təhlükəsizliyi üçün təhdid yaradır” deməsi mövcud reallıqdır. Deputat vurğulayıb ki, heç kimə sirr deyil ki, son zamanlar Ermənistan Fransadan, Hindistandan, İrandan, Yunanıstandan yeni silahlar alır və ABŞ ilə birlikdə hərbi təlimlər keçirir:
"Ermənistan müxtəlif adlar altında, regiona aid olmayan, xarici hərbçiləri ölkəsinə gətirir. İndiki vəziyyət elədir ki, Ermənistanda ABŞ, Fransa, Aİ, İran kimi dövlətlərin hərbi təyinatlı qüvvələri yerləşdirilib. Əvvəldən isə Rusiya Federasiyasının 102-ci hərbi bazası mövcuddur. Eyni zamanda Türkiyə və İranla sərhədləri rusiyalı sərhədçilər qoruyur. Bir-birinə zidd siyasət aparan ölkələrə məxsus hərbçilərin balaca bir Ermənistanda məskunlaşması o deməkdir ki, bu ölkə sürətlə Suriyalaşır. İstənilən an situasiya nəzarətdən çıxa bilər. Münaqişənin yaranması və geniş müharibəyə çevrilməsi ehtimalı böyükdür".
Parlament üzvünün sözlərinə görə, xarici işlər nazirimizin Ermənistanın silahlanması ilə bağlı bəyanatı məhz Ankarada Hakan Fidanla görüşdə səsləndirməsi doğru addımdır və məsələnin ciddiliyindən xəbər verir:
"Qardaş Türkiyə ilə bağladığımız tarixi Şuşa Bəyannaməsinə görə, əksər beynəlxalq və regional məsələlərdə vahid mövqe nümayiş etdirmək barədə razılaşmamız var. Biz, xarici siyasətlə, ümumiyyətlə, əksər sahələrlə bağlı Türkiyə ilə birlikdə hərəkət edirik. Ermənistanın silahlandırılması məsələsi təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da yönəlmiş addımdır. Ona görə də koordinasiyalı şəkildə, hər iki xarici işlər nazirinin Ankaradan verdiyi mesajlar Ermənistana xəbərdarlıq məqsədi daşıyır. Rəsmi İrəvan düzgün nəticə çıxarmasa, cavab sərt ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm