Paşinyandan Laçın dəhlizi ilə bağlı Kremlə daha bir ULTİMATUM


Ermənistanın baş naziri Nikol Paşinyan ultimatum formasında Kremldən yanvarın 10-na kimi Laçın dəhlizinin açılmasını tələb edib.

Bu haqda informasiyanı Ermənistanın Telegram kanalları yayıb.

Mənbə yazır ki, baş nazir əks halda Ermənistanın MDB və KTMT-dən çıxacağını deyib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi səkkiz gündür davam edir.

Aksiyaya baxmayaraq Laçın dəhlizi humanitar məqsədlər üçün açıqdır. (milli.az)