
Pedofillərin axtalanması realdırmı? - İZAH:“Beynəlxalq aləmin reaksiyası...”
Yusif Nəzərli
12:12 16.12.2022
Aktual
507
Əhməd Qəşəmoğlu:“Bu cür şəxslərə qarşı ən sərt cəzalar seçilməlidir ki, cəmiyyətin digər nümayəndələrinə görk olsun”
“Tamam xanımın dediyi metoddan isə Çində və digər ölkələrdə istifadə olunub”
“Amma indiki dövrdə bunun beynəlxalq aləmdə necə qarşılanacağı müəmmalıdır”
Parlamentin iclasında millət vəkili Tamam Cəfərova təkliflə çıxış edib.
Xanım parlamentari uşaqlara qarşı törədilən cinsi istismar hallarına diqqət çəkib. O qeyd edib:
“Azyaşlılara qarşı olunan istismarı pisləyirəm. Hesab edirəm ki, uşaqları cinsi istismara məruz qoyanlar və pedofillər axtalanmalıdırlar”.

Bu kimi insanlara ən sərt cəza seçilməli olduğunu deyən sosioloq-alim Əhməd Qəşəmoğlu "Sherg.az"a vurğulayıb ki, bu təkcə cinsi istismara məruz qalmış şəxsin deyil, bütün Azərbaycan xalqının problemidir:
"Son zamanlarda xaotik bir vəziyyət yaranıb. Bu səbəblə də cəmiyyətdə belə insanların sayı artıb. İndiki cəmiyyət elə bir vəziyyətdədir ki, problemlərin həlli üçün maarifləndirmə və inzibati cəzalar paralel olmalıdır.
Çünki yalnız maarifləndirmə ilə nəyi isə həll etmək mümkün deyil. Ona görə də bu cür şəxslərə qarşı ən sərt cəzalar seçilməlidir ki, cəmiyyətin digər nümayəndələrinə görk olsun.
Həmçinin ictimai qınağı gücləndirmək və cinsi istismar edən şəxsləri yaşadığı ərazilərdən biabırçı şəkildə qovmaq lazımdır.
Digər tərəfdən həmin ərazidə də profilaktik işlər aparılmalıdır. Çünki ola bilsin ki, həmin ərazidəki insanlar arasında psixoloji problemlər yaranıb. Tamam xanımın dediyi metoddan isə Çində və digər ölkələrdə istifadə olunub.
Amma indiki dövrdə bunun beynəlxalq aləmdə necə qarşılanacağı müəmmalıdır. Ümumilikdə cəzalar sərt olmalıdır. Cəzanın necə olmağını dəqiqləşdirmək isə hüquq-mühafizə orqanlarının işidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual