Peyvənd məntəqələrinin fəaliyyəti bərpa edilib

Peyvənd məntəqələrinin fəaliyyəti yenidən bərpa olunub.

Sherg.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Novruz bayramı ilə əlaqədar 20-21 mart tarixlərində məntəqələrin fəaliyyəti müvəqqəti dayandırılmışdı.

Bu gündən etibarən koronavirusa qarşı peyvənd olunmaq istəyənlər yenidən məntəqələrə müraciət edə bilərlər.