
Politoloq: Başqa orduda döyüşənlər gələcəkdə cəsusluq edə bilərlər
13:27 05.03.2024
Aktual
450
Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi"nin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, məruzədə İraq və Suriyada döyüş zonalarında qalan 469 qadın və uşağın ölkəyə qaytarılması-repatriasiyası əksini tapıb: "Xüsusi vurğulayaq ki, terrorçu dəstələrə qoşulanlara və onların yaxınlarına münasibət dünyada birmənalı deyil. Yaxın Şərqdə qeyri-qanuni silahlı qruplaşmalarda iştirak edənlərin və qohumlarının öz ölkələrinə qayıtması təhlükə sayılır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub. İndi Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. Ona görə də Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır. Sözügedən insanların, hətta uşaqlarının belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Ona görə qanunvericilik sistemi daha da sərtləşməyə ehtiyac var".
Məsələ ilə bağlı politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, bu təklifi məqsədəuyğun hesab etmək olar:

"Azərbaycan konstitusiyasında da göstərilib ki, vətəndaşlarımız xarici ölkəyə gedərək orduda xidmət edə bilməz. Bu bir mənalı şəkildə qanun pozuntusudur və cəza tədbirləri mövcuddur. Bununla belə dini əqidəsini əsas gətirərək xarici ölkələrdə döyüşən vətəndaşlarımız var. Təəssüf ki, tək Suriyada deyil, Ukrayna müharibəsində, Əfqanıstanda bənzər stiuasiyalara rast gəlinir. Bütün bunların qarşısının alınması üçün qanunvericilikdə ciddi tədbirlərin görülməlidir. Hətta, bu şəxslər tapıldığı təqdirdə azyaşlı uşaqlar onların himayəsindən götürülərək dövlətə verilməlidir. Belə şəxslər məsuliyyətsizliklərinə görə ailə üzvlərinin həyatını riskə atırlar. Həmin adamlar sərt şəkildə cəzalandırılmalıdır. Əgər biri hansısa dövlətin ordusunda siyasi və dini baxışına görə döyüşürsə, gələcək dövrdə vətənində başqa dövlətin cəsusluq fəaliyyəti ilə məşğul ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oman körfəzində konteyner gəmisi raketlə vuruldu
15:06 11.08.2026
Dünya
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
15:01 11.08.2026
Hadisə
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
14:43 11.08.2026
İnfrastruktur
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya