Avropanın bir ölkəsində hava limanında ikinci gün ardıcıl bomba həyəcanı yaşanıb.
Sherg.az xəbər verir ki, hadisə Moldovanın paytaxtı Kişinyovdakı hava limanında baş verib.
Moldova Sərhəd Polisi bomba təhlükəsi ilə bağlı xəbərdarlıqdan sonra sərnişin və hava limanı əməkdaşlarının təhlükəsizlik məqsədilə təxliyə edildiyini açıqlayıb. Hadisə yerinə Daxili İşlər Nazirliyinin xüsusi qrupları göndərilib.
Bomba təhlükəsi səbəbilə hava limanında qeydiyyat prosedurları müvəqqəti dayandırılıb. Sərnişinlərə uçuşlarının vəziyyətini onlayn məlumat ekranından yoxlamaq tövsiyə olunub.
Qeyd edək ki, hava limanında cümə günü də analoji bomba təhlükəsi barədə məlumat daxil olub. Xüsusi qrupların apardığı araşdırma nəticəsində həmin həyəcanın əsassız olduğu müəyyənləşib.
Sonuncu xəbərdarlıqdan sonra hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib və mütəxəssislərin araşdırması davam edir.