Praqa görüşü: Azərbaycanın təklif etidyi 5 bəndlik sülh təklifinin qəbul olunması deməkdir
11:01 09.10.2022
Aktual
429
"Praqada keçirilən görüş Cənubi Qafqazda sülhün əldə edilməsində irəliyə atılmış ən real addımlardan biri kimi xarakterizə olunur".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan edib:
"Bu Azərbaycanın təklif etidyi 5 bəndlik sülh təklifinin qəbul olunması deməkdir. Son bəyanat ilə yanaşı 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatdakı öhdəliklərin tam yerinə yetirilməsi olduqca vacibdir. Ermənistanın götürdüyü öhdəliklərdən biri də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqələrinin- Zəngəzur dəhlizinin bərpa edilməsi ilə bağlıdır. İrəvan bu məsələdə öz öhdəliyini pozmağa və dəhliz əvəzinə yol təklif etməyə çalışır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil: “Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.
Parlamentari vurğulayıb ki, Azərbaycan bütün mövcud imkanlardan və hüquqdan istifadə edərək Zəngəzur dəhlizinin daha qısa zamanda istifadəyə verilməsinə çalışır:
"Bu istiqamətdəki mövcud siyasət davam etdiriləcək. Zəngəzur dəhlizinin açılması hər zaman aktualdır və sadəcə bir zaman məsələsidir. Bölgədə dayanıqlı sülh yalnız Ermənistanın üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyi halda mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm