
Praqa pəncərəsi! – “Ermənistan Qarabağdakı sülhməramlılardan imtina etdi”
Yusif Nəzərli
13:58 10.10.2022
Aktual
501
“Ermənistan missiyanın Azərbaycanla olan sərhədlərinə yerləşdirilməsinə imkan verməklə həm Rusiyaya, həm də İrana xəyanət etdi”
“Rəsmi Moskva və Tehran bunu çox gözəl başa düşür”
“Avropa Şurası da Kremli bölgədən çıxarmaq istəyir və bunu Fransanın liderliyi ilə həyata keçirir”
"Praqa görüşləri Azarbaycan diplomatiyasinin yeni qələbəsidir"
Bunu "Sherg.az"a açıqlamasında politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev Praqa da keçirilən 4-lü görüşdən danışarkən deyib.
Analitik bildirib ki, bu görüşlə ilk dəfədir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Alma-Ata müqaviləsini qəbul edir:

"Bəzi müxalifət mətbuatında bu bəyannamə ilə Qarabağın Ermənistan ərazisi kimi tanındığı fikiri formalaşıb. Lakin onların beynəlxalq hüquqdan xəbərləri yoxdur. Ölkə konstitusiyasının beynəlxalq hüquq ilə müqayisəsində sözügedən maddələr qüvvədən düşmüş hesab edilir. Bu görüşlə təkcə rəsmi İrəvan bizim ərazi bütövlüyümüzü tanımadı. Bununla onlar rus sülhlməramlılarının yerləşməsindən imtina etdi. Kreml də bunu çox gözəl başa düşür. Bu o deməkdir ki, Azərbaycan öz ərazisində sülhməramlı qüvvələrin saxlanıb-saxlanmamasında konkret qərar verə bilər. Yəni sülh müqaviləsi imzalandıqdan sonra avtomatik olaraq 10 noyabr 2020- ci il müqaviləsinin sülhməramlılara aid bəndi qüvvədən düşür. Digər tərəfdən Ermənistan rəsmi Bakının delimitasiya ilə bağlı məsələlərini qəbul etdi. Sərhədlərin hansı xəritələr əsasında aparılması isə artıq növbəti danışıqların mövzusu olacaq. Çünki bizim ərazilərimiz zaman-zaman SSRİ-nin əli ilə ermənilərə verilib. 1920-ci 28 apreldə Azərbaycan Rusiya tərəfindən işğal olunduqda, onun ərazisi 114 min kvadrat km idi. Amma indi 86,9 min kvadrat km qalıb. Bizim 27 min kvadrat km-ə qədər arazimiz başqa ölkələrə verilib. Bununla bağlı bütün sənədlər var və bunu ortaya çıxarmalıyıq".
Professor vurğulayıb ki, Ermənistan missiyanın Azərbaycanla olan sərhədlərinə yerləşdirilməsinə imkan verməklə həm Rusiyaya, həm də İrana xəyanət etdi:
"Bu hadisə ilə rəsmi İrəvan ərazisində və Ermənistan İran sərhəddində yerləşən rus ordusunun çıxması siqnallarını da vermiş oldu. Bu birmənalı şəkildə həm Rusiyanın, həm də İranın siyasi kursuna uyğun gəlmir. Avropa Şurası da Kremli bölgədən çıxarmaq istəyir və bunu Fransanın liderliyi ilə həyata keçirir. Ölkə başçımız çox uğurlu gediş etdi. Bunu sanki futboldakı tək qapılı oyuna bənzətmək olardı. Burada Paşinyan artıq çıxılmaz vəziyyətə düşmüşdü. Qanunsuz verilən ərazilərimizin geri qaytarılması ilə ərazimiz 86,9 mim kvadrat km dən 87,5 minə qədər qalxa bilər. Qanunla isə 100 min kvadrat km ərazimizi genişləndirə bilərik.
Bura təzminat davası açmaqla Zəngəzuru da geri almaq məsələsi daxildir. Dünya isə hər zaman güclünün yanında olur. Praqa da İlham Əliyev qalib Azərbaycanın mövqeyini qəbul etdirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm