Prezident Bakının mövqeyini açıq şəkildə bildirdi
Yusif Nəzərli
10:24 07.10.2022
Aktual
505
"Biz Qarabağdakı ermənilərin həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik"
"Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır". Bunu Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib. Dövlət başçısı deyib ki, biz Qarabağdakı ermənilərin həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik.
Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı”.
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Prezident Xankəndidəki ermənilərlə bağlı bu mövqeyi dəfələrlə dilə gətirib. Ölkə rəhbərinin indi yenidən xatırlatması, xüsusilə “heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” kontekstində vurğulaması səbəbsiz deyil:
"Ermənistan “Bakı və Xankəndi” formatını dilə gətirir və proseslər göstərir ki, bu qondarma format ideyası təkcə İrəvanın yox, həm də Bakıya təzyiq kartı kimi istifadə etmək istəyənlərin ideyasıdır. Nikolun bunu ilk dəfə Makronla görüşdə dilə gətirməsi də bunu təsdiq edir. Mümkündür ki, Qərbin təşkil etdiyi son təmaslarda bu məsələ də irəli sürülüb. Prezident İlham Əliyev açıq şəkildə “müzakirə mövzusu olmayacaq” mesajını verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm
SEPAH ABŞ-nin dörd ölkədəki hərbi bazalarına zərbə endirdi
09:55 02.09.2026
Dünya