Professordan “dov(y)şan” müzakirəsinə REAKSİYA: “Ciddi adamlar da lağlağı prosesinə qoşulub”
Professordan “dov(y)şan” müzakirəsinə REAKSİYA: “Ciddi adamlar da lağlağı prosesinə qoşulub”
Yusif Nəzərli
13:58 25.11.2022
Aktual
526
"Azərbaycan dilinin orfoepiya normalarının, müxtəlif müəssisələrin və medianın önündə müzakirə edilməsi çox gözəl bir haldır".
Bunu "Sherg.az"a açıqlamasında professor Qulu Məhərrəmli Dilçilik İnstitutunun müzakirələrinin sosial şəbəkələrdə məsxərəyə qoyulmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bunun sosial şəbəkədə lağ predmetinə çevrilməsi ötəri məsələdir:
"Onsuz da sosial şəbəkələrdə ən ciddi məsələləri belə məzə obyektinə çevirirlər. Ona görə də bunu ciddi hesab etmək olmaz. Çünki burada Azərbaycanın şifahi ədəbi dilinin müzakirəsi gedib. Düzdür, misal bir az uğursuz seçilib. Misal üçün çovğun sözünü də götürmək olardı. Yəni əsas məsələ "v" səsinin düşməsidir ki, köhnə qaydada "yovşan", "dovşan", "dovğa" və.s kimi sözlərdə "v" səsinin düşməsi qeyd olunur. Amma dövlət sözü kimi nümunələr də var. Bizim heç birimiz "dölət" demirik. Bu səbəblə də bunları qaydalaşdıraraq, ortaya çıxartmaq lazımdır. Ümumiyyətlə, bizim orfoqrafiya lüğətimiz var. Lakin orfoepiya lüğəti 1982-ci ildə çap olunub və bu, günümüzün əsas məsələsidir" .
Ekspertin sözlərinə görə burada elmi yanaşmadan çox, lağlağı mövqeyin olması, ictimai fikrə yanlış mesajlar ötürür:
"Kiminsə qisası varsa və həmin universitetdən xoşu gəlmirsə, bu cür xoşagəlməz addımlar atırlar. Ən təəssüf etdiyimsə, bizim ciddi saydığımız bəzi adamlarda lağlağı prosesinə qoşulublar. Dilçilik institutu bu günə qədər orfoqrafiya lüğətini bağlı qapı arxasında müzakirə edib. Buna görə də ciddi qüsurlar var. Hesab edirəm ki, İnstitutun keçmiş direktorundan fərqli olaraq, indiki rəhbəri professor Nadir Məmmədli çox cəsur bir addım atıb. Əlbəttə, bəzi iradlar irəli sürmək olar. Amma ümumilikdə niyyətin özü alqışalayiqdir və bunu məsxərəyə çevirmək bəsit düşüncənin məhsuludur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual