Putin “general ovu”na çıxıb! – “40-a yaxın zabitin həbsi...” – Ölkədən qaçırlar!

Rusiyalı generallar prezident Vladimir Putinə Ukraynadakı müharibəyə son qoymaq istəyi ilə bağlı məktub yazıblar. Bu barədə hərbi ekspert Oleq Jdanov danışıb. Onun sözlərinə görə, məktub Rusiya liderinə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev vasitəsilə çatdırılıb. Generallara cavab olaraq V.Putin “əməliyyat”ın davam edəcəyini bildirib.

Rusiya Prezidenti həmçinin məktubda imzası olan generalların siyahısını tələb edib.

Qeyd edək ki, dövlətlər Rusiyanı demək olar ki, dünyadan təcrid ediblər. Beynəlxalq siyasi dairələr hər dəfə müharibənin dayandırılmasının vacib olduğunu bildirirlər.  Artıq rus generalları da mövcud situasiyanın fərqinə varıblar. Açıq kontekstlə işğalçı siyasətin bitməsini tələb edirlər.

Yaranan vəziyyətlə bağlı “Sherg.az”a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, rus generallarının rəsmi Moskvanın rəhbərinə müraciəti gözlənilən idi:

“Çünki Rusiya bu günə qədər, yəni Vladimir Putinin hakimiyyətdə olduğu 22 il ərzində guya çox güclü ordu yaradıb. Belə bir mif formalaşdırdılar. Generalitet yüksək səviyyədə təmin olunurdu. Əslində, onlar ordunun yaradıcılığı ilə yox, daha çox özlərinin şəxsi problemlərinin həlli ilə məşğul olublar. 

Putin bunu araşdırandan sonra təxminən 20-ə yaxın general həbs olunub. Bunları açıb-abartmırlar. Bildiyimə görə, 40-a yaxın generalın həbsi gözlənilir. Çünki təkcə elə Ukraynada 8 milyard dollar vəsait qoyulub. Xərc orada casus şəbəkəsinin təşkili üçün çəkilib. Amma nəinki, bu, ümumiyyətlə, heç nə yaradılmayıb. Ona görə, Putin general heyətinə həddən artıq qəzəblidir”.

Politoloq izah edib ki, generallar bir növ öz gələcəklərini sığortalamaq üçün  bu addımı atıblar:

“Halbuki hamısı həmin siyahıda olan generallardı. Müraciətə rus liderinin daha kəskin qərarlar almasına səbəb olub. Çünki onun göstərişinə görə, may ayının 9-na qədər nəyinki Mariupol, həmçinin Donetsk və Luqanskın bütün inzibati sərhədlərinə qədər azad edilməlidir. Yəni Kramatorsk tutulacaq. Xarkovun işğal olacağı ilə bağlı məsələ gündəmdədir. 

Ən pisi də odur ki, "Moskva" kreyseri batandan sonra Odessanı hədəf götürüblər. Kreml hakimiyyəti arzulayır ki, Ukraynanın dənizə çıxışı olmasın. Qara dənizi də bağlamaq istəyirdilər. “Rus ayısı”nın belə bir planı var. Ona görə də, generalların müraciətinin heç bir ciddi əhəmiyyəti olmayacaq. Generalitet çalışır ki, şimal qonşumuzdan çıxsın. 

Onsuz da dünyanın hər yerində Rusiyaya qadağalar qoyulub. Ola bilər, onlar Orta Asiyadan və ya başqa ölkələrin ərazisindən  qaçsınlar. Siyasi sığınacaq almaq üçün həmin müraciəti imzalayıblar. Amma müharibə hələ davam edəcək”.