Putin Münhen konfransına getməyəcək
Yusif Nəzərli
21:30 11.02.2022
Aktual
481
Çünki hələ qərbli həmkarlarının Ukrayna suallarına cavab verməyə hazır deyil
Almaniyanın Münhen şəhərində fevralın 18-20 arasında ənənəvi təhlükəsizlik konfransı keçiriləcək. Konfransla bağlı ilk xəbər budur ki, 20 il ərzində ilk dəfə Rusiya rəsmi səviyyədə mötəbər tədbirdə təmsil olunmayacaq. Konfransın təşkilatçıları Rusiya Prezidenti Vladimir Putini tədbirə rəsmən dəvət ediblər. Ancaq Putin Münhenə getməyəcək.
Politoloq Elxan Şahinoğluna görə, bunun səbəblərindən biri budur ki, Qərb ölkələri koronavirusa qarşı Rusiya vaksinlərini tanımırlar. Rusiyalı rəsmilər isə ancaq yerli iynə ilə vaksin olunublar:
“Ancaq bu üzdə olan səbəbdir. Vladimir Putin konfransda qərbli həmkarları qarşısında “Ukraynaya hərbi müdaxilədən imtina edəcəksinizmi” sualına müsbət cavab verməyə hazır deyil. Misal üçün, bu sualı konfransda iştirak edəcək ABŞ-ın vitse-prezidenti Kamalla Haris Putinə verə bilər. Konfransa müxtəlif ölkələrdən 600 nəfər qonaq təşrif buyuracaq. Halbuki, pandemiyaya qədərki konfranslarda iştirak sayı iki minə çatırdı. Buna baxmayaraq, builki konfransda iştirakını təxminən 100 xarici işlər və müdafiə naziri təsdiq edib.
Əslində Vladimir Putin yüksək tribunalardan mesaj verməyi xoşlayan liderdir. Təsadüfi deyil ki, Kreml sahibinin 2007-ci ildə həmin Münhen təhlükəsizlik konfransındakı çıxışı üstündən 15 il keçdikdən sonra da analiz edilir. O zaman Qərb liderləri Putinin çıxışını doğru oxuya bilmədilər. Halbuki, Putin çıxışında ABŞ hegemonluğunu qəbul etməyəcəyini, Rusiyanın yaxın ətrafa şərtlərini diktə edəcəyini vurğulamışdı. Putin dediyini etdi. Bu çıxışdan bir il sonra Gürcüstana hücum edildi, Abxaziya və Cənubi Osetiya nəzarət altına alındı, 6 il sonra Krım ilhaq olundu, Donbassda separatçı bölgə formalaşdı, 15 il sonra isə beynəlxalq aləm Rusiyanın Ukraynaya mümkün müdaxiləsindən danışır”.
E.Şahinoğlu qeyd edib ki, təhlükəsizlik konfransının təşkilatçıları tədbirdə Rusiya təmsilçilərini görməyəcəkləri halda heç olmasa, Çinin iştirakına çalışırlar:
“Çinin Xarici işlər naziri Van İni dəvətlilər arasındadır. Pekin Moskvadan fərqli olaraq hələ ki, konfransda iştirakla bağlı mövqeyini bildirməyib. Əgər Pekin Kremlin xarici və təhlükəsizlik siyasətini dəstəkləyirsə, çinli rəsmilərin konfransda iştirakları sual altında qalacaq. Ancaq əgər Pekin konfransa nümayəndə heyəti göndərərsə, Rusiya ilə strateji tərəfdaşlığına rəğmən, müsbət qərar vermək bacarığını nümayiş etdirəcək. Sadəcə, Çin rəsmiləri də bilirlər ki, onlara da konfransda insan haqları və uyğurlarla bağlı mürəkkəb suallar veriləcək. Pekin bu suallara cavab vermək istəmirsə, konfransda təmsil olunmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq