Putin Paşinyanı Moskvaya çağırıb: “Konkret tələbləri var” – Pərdəarxası...
Banuçiçək Kalbalıyeva
10:07 05.04.2021
Aktual
578
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.
Paşinyanla Putin sonuncu dəfə yanvarın 11-də Moskvada görüşüblər. O vaxtdan indiyədək isə xeyli proseslər baş verib. Ötən aylar ərzində baş nazir ayrı-ayrı vaxtlarda bir neçə dəfə Rusiyanı pis vəziyyətdə qoyub. İndi- Ermənistandakı erkən parlament seçkiləri ərəfəsində Paşinyanın Moskvaya səfərinin səbəbi maraqlıdır. Putin ona “yaşıl işıq yandıracaq”, yoxsa “qulaqburması verəcək”?
Bu barədə “Sherg.az”a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimovun fikrincə, Kreml Ermənistan baş naziri qarşısında müəyyən tələblər qoyacaq:
“Məlum olduğu kimi, Nikol Paşinyan Ermənistanda baş verən iqtidar- müxalifət qarşıdurması fonunda istefaya göndərilməkdən son anda qurtardı. Onun baş nazir kimi fəaliyyətini davam etdirmək üçün Rusiya öz yardımını əsirgəmədi. Heç kimə sirr deyil ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan məhz Moskvanın nəzarəti altında Paşinyana istefaya getmək haqqında ultimatum vermişdi. Onun növbəti addımının hərbi çevrilişə gətirib çıxaracağı ehtimalı çox yüksək idi. Moskvanın Onik Qasparyanın geri çəkilməsi haqında təlimatından sonra Paşinyan nəzərdə tutduğu dəyişikliyi həyata keçirə bildi. Baş nazirə qarşı çıxan digər müxalifət qüvvələrinin də “tonunun aşağı salınmasında” Moskvanın “sehirli çubuğundan” istifadə edilməsi şübhə doğurmur. Deməli, son hadisələr fonunda Ermənistan baş nazirinin üzərinə Rusiyaya ödəməli olduğu xeyli “borc” yığılıb. Moskva bu “borc”un iyunda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinədək ödənməsini istəyir. Elə ona görə də Paşinyanın Rusiyaya budəfəki səfəri əvvəlkilərdən fərqlənir. Putin Paşinyanı “yırtıcı” müxalifətin əlindən aldıqdan və onun mövqeyini nisbətən möhkəmləndirdikdən sonra əldə edə biləcəyi güzəştlərə çatmaq üçün onu Moskvaya çağırdı. Bu güzəştlərin haqqında isə indiki halda ancaq mülahizələr söyləmək mümkündür”.
Politoloq, həmçinin gündəm barədə proqnozunu verdi:
“Məsələn, üçtərəfli bəyanatdan irəli gələn vəzifələr içərisində əhəmiyyətli yer tutan kommunikasiyaların açılması bəndinin həyata keçirilməsi istiqamətində ciddi addımların atılması və müəyyən vaxt çərçivəsində əlaqələrin bərpa olunması; Qarabağda mövcud olan erməni terrorçularının tam tərksilah edilməsi; Ermənistandakı Rusiya meylli qüvvələrin təqibinə son qoyulması, onların gələcək seçkilərdə hakimiyyətdə təmsil olunmalarına şərait yaradılması; Rusiya sülhməramlı qüvvələrinin bundan sonra milliləşdirilməsi; Paşinyanın Qərbə meylinin qarşısının alınması; Ermənistan iqtisadiyyatında hələ nəzarətdən keçirilməmiş sahələr; Paşinyanın Rusiya hərbi sənaye kompleksinə “ İskəndər” yaxınmənzilli ballistik raketləri haqqında dediyi sözlərlə vurduğu ziyanın ödənməsi kimi məqamlar Putinin irəli sürdüyü tələblər sırasında olacaq.
Bütün bunlar Paşinyandan Rusiyanın xidməti qarşısında ödənməsi tələb ediləcək məsələlərin kiçik bir hissəsidir. Təbii ki, indiki halda və növbədənkənar parlament seçkiləri ərəfəsində Paşinyanın hansısa itaətsizliyi ağlabatan görünmür.
Çünki Rusiyanın Paşinyanı istefaya getməkdən qurtardığı kimi, onu seçki vasitəsi ilə siyasi səhnədən uzaqlaşdırmaq imkanına malik olduğunu Ermənistanda və regionda hamı bilir. Rusiya ikitərəfli görüş vaxtını bu günlərə salmaqla əlində olan vasitələri bir daha Nikol Paşinyana nümayiş etdirmək istəyir. Beləliklə, Rusiya Ermənistan və Paşinyanın düşdüyü vəziyyətdən maksimum öz mənafeyi naminə istifadə etmək istəyir. Onun üçün Ermənistanda kimin hakimiyyətdə olmasının fərqi yoxdur. Təki, bu şəxs Moskvanın “çaldığı oyun havalarının” ritmini tuta bilsin. Ermənistanda baş verən son hadisələr fonunda Putinin yaxın dostu Robert Köçəryanla məsafəli davranması isə onun “Böyük siyasətdə yaxın dost olmur” fikrinə sadiq qaldığını bir daha nümayiş etdirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya