
Putinin bir qapısı qalıb : Kreml maksimum Türkiyə kimi dövlətlə əlaqələri itirməməyə çalışır - Toğrul İsmayıl
Yusif Nəzərli
12:01 16.06.2023
Aktual
766
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edərək ölkə başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
Bu barədə Kremlin xarici siyasət müşaviri Yuri Uşakov açıqlama verib.
Açıqlamada iki ölkə başçısının Putinin Türkiyəyə rəsmi səfər etməsi üçün razılığa gəlindiyi bildirilib.
Eyni zamanda, prezidentlərin rəsmi görüş keçirməsi də planlaşdırılır.
Baş tutacaq səfəri "Sherg.az"a şərh edən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl qeyd edib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiya ilə də əlaqələrini davam etdirir:

"Rusiyanın məhdud çıxış nöqtəsi var. Hətta son dönəmlərdə Putin çox ölkəyə səfər etmir. Ümumiyyətlə səfərin ikili münasibətlərin inkişafına hesablandığını düşünürəm. Yəni Moskva və Ankara münasibətlərinin gələcək perspektivinə yönəlik addımlar bir daha gözdən keçiriləcək. Kreml maksimum dərəcədə bu günkü şərtlərdə Türkiyə kimi dövlətlə əlaqələri itirməməyə çalışır. Çünki Türkiyə Rusiyanın dünyaya açılan qapısıdır. Digər tərəfdən Türkiyənin həm NATO, həm də Avropa İttifaqı üzvü olması Moskva üçün önəmlidir".
Analitik qeyd edib ki, rəsmi Ankara Moskvaya dəfələrlə münaqişənin sülh yolu ilə həll edilməsini təklif edib:
"Sülh yolu dedikdə isə Ukraynanın ərazi bütövlüyünü qorumaq şərti ortaya qoyulur. Yəni Rusiya tamamilə geri çəkilərək, əvvəlki statuslarda Ukrayna ilə münasibətləri qurmalıdır. Bununla bağlı isə Türkiyə əlindən gələni edir. Xatırlayırsınızsa Antalya formunda XİN başçılarını bir araya gətirdi, İstanbulda heyətlərin görüşünü təşkil etdi və.s. Həmçinin Türkiyənin vasitəçiliyi ilə taxıl kolidoru da fəaliyyət göstərir. Yəni rəsmi Ankaranın özü sülhə vasitəçilik etməkdə maraqlıdır. Çünki Mərkəzi Asiyaya olan münasibətlərdə, Türkiyə-Rusiya əlaqələri ön plana çıxır və Avrasiyanın iki böyük ölkəsinin arasındakı vəziyyət bölgəyə təsir göstərir. Ümumiyyətlə Türkiyə hər zaman vasitəçi rolunu və sülhdən yana olduğunu açıq şəkildə ifadə edib. Lakin mən hələlik, sülh müqaviləsinin zamanının yetişmədiyini düşünürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur