
Putinin tapşırığı: Xəzər dənizinin təbii prosesinə müdaxilə etmək qeyri-mümkündür -ŞƏRH
09:38 29.08.2024
Aktual
458
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin məsləhətinə əməl edərək Xəzərin problemlərini öz üzərinə götürüb. Bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün mümkün qədər tez prosesə qoşulmağı tapşırıb. "Bu yaxınlarda Azərbaycanda idim və həmkarımız, Azərbaycan Prezidenti diqqəti Xəzərin getdikcə dayazlaşmasına yönəltdi. O, Həştərxan vilayəti ilə qarşılıqlı əlaqələrdən çox səmimi danışdı. Sizdən bir xahişim var: əlbəttə ki, bunu hökumətə həvalə edəcəyəm, lakin siz Xəzər dənizinə kömək məqsədilə yaxın gələcəkdə hansı işlərin görülməli olduğunu başa düşmək üçün Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin elmi təhlilinin aparılması sorğusu ilə müvafiq müraciət hazırlayıb mənə göndərərsiniz", - Putin qubernatora bildirib. Qubernator cavab olaraq elmi ictimaiyyəti və praktikləri bu işə cəlb edəcəyini və müvafiq hesabat hazırlayacağını vəd edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Xəzər dənizinin səviyyəsinin yüksəldilməsi və yaxud azaldılması siyasi qərarlardan asılı proses deyil:

“Əgər statistikaya diqqət etsək görərik ki, son 500 il ərzində Xəzər dənizinin səviyyəsi 7 metr yüksəliş və eniş sərgiləyib. Sözügedən məsələ durmadan baş verən hadisədir. 1970-ci illərdən sonra Xəzər dənizinin səviyyəsi azalırdı, amma 1990-ci ildən bu yana yüksəlməyə başladı. Həmin yüksəliş yenə azalmağa başlayıb. Əlbəttə, Vladimir Putin Həştərxan vilayətinin qubernatoruna təlimat verə bilər ki, Xəzər dənizinə tökülən çayların sularına diqqət olunsun. Fikrimcə, sözügedən açıqlama siyasi bir fikirdir. Çünki dünyada ən böyük daxili su hövzəsi olan Xəzər dənizinin təbii prosesinə müdaxilə etmək qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, Xəzər dənizinin səviyyəsinin qalxması və enməsi bölgə dövlətlərinin iqtisadiyyatına, turizm sektoruna ciddi şəkildə ziyan vurur. Bu məqsədlə sözügedən məsələyə siyasi və ticari don geyindirməklə təbiyyətin işinə qarışmaq olmur. Sadəcə olaraq Vladimir Putinin açıqlaması Azərbaycan Prezidenti cənab İlham Əliyevlə olan yaxşı münasibətlərin və iki ölkə arasındakı siyasi yaxınlaşmanın göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm