
Qalib ordunu gözdən salmaq planı var! – “Videonun feyk olması...”
Yusif Nəzərli
14:08 03.10.2022
Aktual
609
"Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı video yayılıb. Şübhəli olan görüntülərlə bağlı açıq suallar isə kifayət qədərdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu da araşdırmalara başlayıb. Videonun feyk olub-olmadığı hələ araşdırılsa da, müəyyən cinayət faktı olarsa, ilk növbədə Azərbaycan özü hüquqi qiymət verəcək".
Bu fikirləri "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev bildirib.
Siyasi şərhçi bildirib ki, videonun feyk olması barədə ciddi arqumentlər mövcuddur:
"Videoda görüntü və səs arasında uyğunsuzluq açıq şəkildə nəzərə çarpır. Montaj üzrə mütəxəssislər də rahatlıqla aydınlaşdıra bilər. Düzdür, ermənilərin Azərbaycan dilinin məhəlli aksentini belə yaxşı bildiyini düşünmürəm. Lakin bənzər səs yazılarını əldə etmək, ya da sosial şəbəkələrdə yayılan videolar ilə təmin etmək çox rahatdır.

Videoda diqqətçəkən digər bir məqam əsirlərin reaksiyalarıdır. Biz artıq ermənilərin əsir alınarkən və ya təxribatlar zamanı ələ keçirilərkən necə reaksiya verdiyini bilirik. Videoda isə əsirlərin üzündə, davranışlarında təşviş, ölüm qorxusu və s. kimi hisslər gözə görünmür. Əksinə, öləcəyini bilən insanda olmayacaq qədər rahatlıq, arxayınlıq hiss olunur.
Güllələnmə anının çəkildiyi yerə diqqətlə baxdıqda ərazinin daşlıq, qayalıq olduğu görünür. Peşəkar bir hərbçi şüursuzcasına belə ərazidə atəş açmaz. Çünki yanlış atılan bir mərmi qayalıqlarda istiqamətini dəyişərək qarşıdakı və ya yandakı hərbçiyə də dəyə bilər.
Azərbaycan silahlı qüvvələrində istifadə edilən mərmi tiplərindən biri də deşici, dağıdıcı 7.62 gümüşuclu mərmilərdir. Bu mərmilər hədəfə dəyənədək qarşısına çıxan istənilən maneədə istiqamətinin dəyişməsi mümkündür. Bu, həmin videoda istifadə edilən mərmilərin plastik təlim mərmiləri olduğunu da isbatlayır".
Politoloq T.Rzayevin dediklərinə görə, videonun yayılmasında çox qısa zamanda erməni mediası, siyasətçiləri, fəalları canfəşanlıq etməyə başladı:
" İş o yerə çatır ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar baş verənləri “dəhşət” adlandırır və deyir: “Əgər bu videonun həqiqət olduğu sübut olunarsa, bu, hərbi cinayətdir, araşdırma aparılmalı və cinayətkarlar cəzalanmalıdır”.
Bir gün ərzində erməni ictimaiyyətinin, xüsusilə də Qərb siyasətçilərinin məsələdən tez agah olub, təbliğata başlaması videonun əslində çox öncədən məhz ermənilər tərəfindən hazırlandığını göstərir.
Nəticə etibarilə videonun feyk olması mümkündür. Ermənilərin Qərbin diqqətini çəkmək, süni ajiotaj yaratmaq kimi 100 ildən artıq təcrübəsi var. Yaxın tariximizə nəzər saldıqda “Sumqayıt hadisələri” bunun ən gözəl örnəyidir.
Ermənilər Ermənistanda ultramilliyyətçiliyi alovlandırmaq və Qarabağda miatsum (erməni dilindən tərcümədə: birləşmə-red) hərəkatına dəstək almaq üçün Sumqayıtda öz soydaşlarını öldürüb təqsiri azərbaycanlıların üzərinə atmışdı. Bu gün belə Ermənistanda minlərlə insan hadisənin azərbaycanlılar tərəfindən törədildiyini hesab edir.
Siyasi maraqları naminə öz soydaşlarını belə öldürməkdən geri durmayan bir millətin 44 günlük Vətən müharibəsində bizə tarixi qələbəni yaşadan qalib ordunu gözdən salmaq üçün feyk video hazırlaması heç də təəccüblü deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə