"Qarabağda idarəetmə sistemi yaradılmalıdır”
Banuçiçək Kalbalıyeva
13:04 11.02.2021
Aktual
525
“Lakin bunu Xankəndi, Xocalı, Xocavəndə deyil, bütövlükdə Qarabağa nümayəndənin təyin olunması kimi başa düşməliyik”
Yanvarın 27-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi. Aydın Kərimov bu vəzifəyə kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub. Onun Şuşa şəhərinin yenidən qurulması işinə rəhbərlik edəcəyi bildirilir. Şuşaya təyin edilən xüsusi nümayəndə Azərbaycanda ilk idi. Bəs bu təsisatın Qarabağın Xankəndi, Xocalı, Xocavənd kimi digər şəhərlərində də yaradılması mümkündürmü? Bununla əlaqədar deputat Elman Məmmədov xatırladıb ki, xüsusi nümayəndələr Prezident İlham Əliyevin sərəncamı ilə təyin edilir:
“Prezidentin xüsusi nümayəndəsinin səlahiyyətləri və vəzifələri haqqında Əsasnamə də təsdiq edildi, mətbuatda yayıldı. Bu yüksək səviyyədə təsisatdır və nümayəndələr birbaşa Prezident Administrasiyasının əməkdaşıdırlar, Administrasiya rəhbərinə tabedirlər.
Diqqət etmək lazımdır ki, Prezidentin Şuşaya təyin etdiyi xüsusi nümayəndə Aydın Kərimov şəhərsalma sahəsi üzrə mütəxəssisdir. Görünür ki, ərazilərimizə təyin edilən xüsusi nümayəndələr bərpa, quruculuq işlərinə nəzarət edə biləcək adamlar olacaq.
Mən hesab edirəm ki, yaxın gələcəkdə Xankəndi, Xocalı, Xocavənddə - işğaldan azad edilmiş digər ərazilərimizdə xüsusi nümayəndələr olacaq”.
Sosisal Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a açıqlamasında sözügedən məsələyə münasibət bildirib:
“Prezidentin mövqeyi yarım qalan məsələlərin həll edilməsindən və erməni terrorçularının Qarabağı boşaltmasından ibarətdir. Əlbəttə, bu proses Azərbaycan əsgərlərinin ora yerləşməsi ilə müşahidə olunmalıdır. Proseslərin tədricən həyata keçirilməsinə şübhə yoxdur. Əsas məsələ məhz birgə Monitorinq Mərkəzinin yaradılması idi.
Konket fakta gəldiksə isə bildirməliyəm ki, Qarabağa əlahiddə nümayəndə təyin edilməyəcək. Çünki digər ərazilərin idarə olunmasında fərqliliklər meydana çıxar. Və, bu, Konstitusiyanın tələblərinə ziddir. Hər şeydən əvvəl “Dağlıq Qarabağ” siyasi terminin daha mövcud olmadığını nəzərə almalıyıq. Ora coğrafi mövqedir və inzibati ərazi vahidi kimi nəzərdə tutulmalıdır.
Qarabağda idarəetmə sistemi yaradılmalıdır. Lakin biz bunu fərqli rayonlara, o cümlədən Xankəndi, Xocalı, Xocavəndə deyil, bütövlükdə Qarabağa nümayəndənin təyin olunması kimi başa düşməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm