"Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını almaq şansını hələ də itirməyib" - Politoloq
Turan
07:46 18.04.2021
Aktual
790
"İkinci Qarabağ müharibəsindən sonra Qafqazda yaranan hərbi siyasi vəziyyət 3 qafqaz ölkəsinin real və potensial gücünü ortaya çıxartdı".
Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Politoloq bildirib ki, sovetlər dağıldıqdan sonra Ermənistana göstərilən ciddi hərbi, iqtisadi və siyasi dəstək Azərbaycan hakimiyyətinin səbirli, ağıllı və mərhələli şəkildə apardığı siyasət nəticəsində darmadağın edildi:
"Ermənistan Azərbaycan tərəfindən çox ciddi hərbi, siyasi və iqtisadi zərbə aldı. Vəziyyəti real olaraq dəyərləndirdikdə Azərbaycanın götürdüyü istiqamətdən yayınmayacağı təqdirdə Ermənistanın revanş götürmək ehtimalı olmadığı görünür. Lakin buna baxmayaraq, Paşinyana müxalif olan qüvvələr Qarabağın öz hüquqi "statusuna" qaytarılması ilə "razılaşmaq" istəmirlər. Əslində onlar real durumu bilsələr də, sırf polulizmlə məşğuldurlar və hakimiyyətə gəlmək üçün Paşinyana siyasi təzyiq edirlər".
Analitikə görə, iyun ayında Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi ərəfəsində Paşinyanın da revanşist əhval ruhiyyədə çıxışı bu məqsədlə edilir:
"Lakin Paşinyan opponentlərindən fərqli olaraq xəyallarını "sülh" yolu ilə həll edəcəyini vəd edir. Qarabağ ərazisində hazırda məskunlaşan erməni əsilli insanların Azərbaycan vətəndaşlığı almaq şansı hələ də itirilməyib. Bu barədə cənab Prezident ən yüksək səviyyədə bəyanatlar verib və sözünün arxasında duracağını bildirib. Lakin bu məsələlər birtərəfli qaydada olmur. Danışıqlar davam etməlidir və Zəngəzur-Naxçıvan yolunun statsusu da müəyyənləşməlidir. Paşinyanın Zəngəzurda ikinci Rusiya hərbi bazasının yaradılması təklifi də müvəqqəti mövqedir. Çünki, Ermənistanın gələcək taleyi yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılıdır. Bu münasibətlər hansı dərəcədə olacaqsa, Ermənistanın inkişafı da o səviyyədə olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm