Qarabağı tərk edənlər Ermənistanda ağ gün görməyəcəklər
Yusif Nəzərli
07:22 06.10.2023
Aktual
510
Bir müddətdən sonra geri qayıtmaq istəyən ermənilərin sayı kifayət qədər çoxalacaq
Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı birgə məlumat yayıb. Bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə 13 nəfər fiziki olaraq, 2 nəfər isə xüsusi portal vasitəsilə könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Müraciət edənlər Qarabağ iqtisadi rayonunda yaşamaq və Ermənistan vətəndaşlığından çıxaraq Azərbaycan vətəndaşlığını əldə etmək istəklərini çatdırıblar. Bundan başqa, Miqrasiya Xidməti tərəfindən bölgədə səyyar qəbul zamanı sakinlərlə hüquqi maarifləndirmə işləri aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib. Bu günədək portal vasitəsilə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 98 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti reinteqrasiya prosesinə marağını ifadə edən şəxslər tərəfindən sorğu, həmçinin ilkin qeydiyyatdan keçmək üçün məlumat və dəstək xarakterli olub və hər biri müvafiq qaydada cavablandırılıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti isə məlumat yayaraq bildirib ki, Ermənistan Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına mane olur. Qurumun bəyanatına görə, xüsusi portaldan hazırda Qarabağda yaşayan ermənilərlə yanaşı Ermənistana getmiş sakinlərin də istifadəsinə şərait yaradılıb. Lakin Ermənistan provayderləri ölkə ərazisindən həmin sayta girişi bloklayıblar. Hətta ümumiyyətlə, bu portala girişi məhdudlaşdırmağa cəhd göstəriblər. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilib.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, məhz Ermənistanın və separatçıların təzyiqi ilə ermənilər Qarabağı kütləvi şəkildə tərk ediblər. Deputatın sözlərinə görə, tərk edənlərin arasında geri qayıtmaq istəyənlər də kifayət qədər çoxdur: "Azərbaycan dövləti ərazilərimizdən gedən ermənilərin istədikləri vaxt qayıda biləcəyini və onların hüquq və təhlükəsizliyinin təmin olunacağını dəfələrlə bildirib. Həm də vətəndaşlıq müraciəti üçün elektron platforma hazırlanıb. Qarabağ erməniləri elektron platformadan vətəndaşlıq almaq üçün dünyanın istənilən yerindən müraciət edə bilərlər. Əfsuslar olsun ki, Ermənistan portala girişə mane olmaq üçün addımlar atır və müraciət etmək istəyən insanlara qarşı təzyiqlər göstərir. Bu, Ermənistanın həyata keçirdiyi çirkin planın tərkib hissəsidr. İrəvan hökuməti çalışır ki, ermənilərin öz istəyi ilə ərazilərimizi tərk etməsinə "etnik təmizləmə" donu geyindirsin. Ona görə də Ermənistana gedən ermənilər vətəndaşlıq üçün müraciət etməkdə çətinlik yaşayır. Əslində, həmin ermənilər özləri də yaxşı bilirlər ki, Ermənistanda onlar üçün heç də yaxşı olmayacaq. Hesab edirəm, bir müddətdən sonra geri qayıtmaq istəyən ermənilərin sayı kifayət qədər çoxalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya