“...Qazağın yeddi kəndi və Kərki qaytarılacaq”
Banuçiçək Kalbalıyeva
07:43 09.08.2021
Aktual
762
“Yeni geosiyasi vəziyyət yaranıb”
“Düzdür, Ermənistan hakimiyyəti, ola bilsin, bunu qəbul etmək istəmir. Zaman-zaman təxribatlar törədir, bəyanatlar verir”
“Daxildə də reallıqları görür və başqa variantlarının olmadığını anlayırlar. Ermənistanın gələcəyi Azərbaycanla normal münasibətlərdən asılıdır”
Qazaxın 7 kəndinin Azərbaycana geri qaytarılması ilə bağlı Ermənistan parlamentində qapalı müzakirə aparılıb. Erməni deputat Anna Qriqoryan iclas zamanı rəsmi İrəvanı bu mövzü ilə bağlı ictimayəti aldatmamağa çağırıb. Bu barədə Ermənistan mətbuatı parlamentdəki mötəbər mənbəyə istinadən xəbər yayıb. Anna Qriqoryan öz çıxışı zamanı Ermənistan hakimiyyətinin Naxçıvanın Kərki, Qazağın Yuxarı və Aşağı Əskipara da daxil olmaqla, 7 kəndi, o cümlədən Xinzirək kəndlərinin Azərbaycanın nəzarəti altına vermək istəyini açıqlayıb.
"Belə bir sənədin artıq imzalandığı bildirilir. Gələcəkdə İrəvanın bütün Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyacağı da istisna olunmur. Ermənistan ictimaiyyəti Əskipara məsələsi ilə bağlı suallar içindədir. Xalqa artıq hər şeyi düz danışmağın vaxtıdır", - deyərək o bildirib. Kərki ilə bərabər, Qazağın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Azərbaycanın eksklavlarıdır.
Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Sherg.az”a açıqlamasında məsələyə münasibət bildirdi:
“Son hadisələr onu deməyə əsas verir ki, nəinki Qazağın yeddi kəndi və Kərki qaytarılacaq, hətta digər məsələlər də həllini tapacaq. Çünki yeni geosiyasi vəziyyət yaranıb. Düzdür, Ermənistan hakimiyyəti, ola bilsin, bunu qəbul etmək istəmir. Zaman-zaman təxribatlar törədir, bəyanatlar verir. Lakin artıq “sular durulur”. Daxildə də reallıqları görür və başqa variantlarının olmadığını anlayırlar. Ermənistanın gələcəyi Azərbaycanla normal münasibətlərdən asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat
Qızılın qiyməti bir unsiya üçün 4 350 dolları ötüb
09:15 06.08.2026
İqtisadiyyat
Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
09:10 06.08.2026
Gündəm
Politico: ABŞ və Ukrayna arasında kəşfiyyat əməkdaşlığı yaxşılaşıb
09:07 06.08.2026
Dünya
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
08:58 06.08.2026
Gündəm
Günün qoroskopu: Riskli maliyyə addımlarından uzaq durun
08:48 06.08.2026
Sosial
“Daha 17”də yeni sima
07:51 06.08.2026
Şou