Qazaxın yeddi kəndi gündəm mövzusudur: “...Qaytarılacaq”
Banuçiçək Kalbalıyeva
11:52 09.03.2021
Aktual
883
Elçin Alıoğlu: "Prosesin ləngiməyi, yəqin ki, Ermənistan daxilindəki xaotik vəziyyətlə əlaqədardır"
Tural İrfan: "Torpaqlarımız gec-tez qaytarılacaq. Ərazimizin təhvil verilməməsi üçün hansısa əsas yoxdur”
Erməni sosial media kanallarının verdiyi məlumata görə Qazaxın 7 kəndinə də növbə çatıb. Sərhədlərin demarkasiyası davam edərkən, artıq Barxudarlı kəndi boşaldılıb. Digər kəndlər də rus sülhməramlıları ilə Azərbaycan ordusunun nəzarəti altındadır və sıra ilə təhvil veriləcək. Amma məlumat hələ rəsmiləşməyib. Necə deyərlər, yalandırsa da, doğru olsun. Doğru olsun ki, ədaləti bir az da bərpa edə bilək, sakinlərimiz öz yurdlarına köçsün.
Siyasi analitik, “Milli.az” saytının direktor müavini Elçin Alıoğlu bu barədə “Sherg.az”a danışarkən belə bir addımın ilk növbədə düşmənlərin özlərinə lazım olduğunu dedi:
“Qazaxın yeddi kəndinin qaytarılmasına Cənubi Qafqazda nəqliyyat-kommunikasiya infrastrukturunun bərpası baxımından yanaşılmalıdır. Bu isə rəsmi İrəvanın marağında olmalıdır. Çünki Ermənistanı Rusiya ilə birləşdirən iqtisadi cəhətdən rentabelli dəmiryolu xətləri açılacaq”.
E.Alıoğlunun sözlərinə görə, “kəndlərin boşaldılması” ifadəsi doğru deyil:
“Həmin ərazilər faktiki olaraq viranə vəziyyətdədir. Normal yaşayışdan, hansısa sosial həyatdan söhbət gedə bilməz. Sadəcə ermənilər həmin torpaqları öz əraziləri kimi təqdim edirlər. Prosesin ləngiməyi, yəqin ki, daxildəki xaotik vəziyyətlə əlaqədardır. Çünki demarkasiya və demilitasiya məsələlərinin intensiv xarakter daşıması vətəndaş qarşıdurmasını artıra bilər. Həmçinin İrəvanın “Zəngəzur əldən gedir” “çığırtılar”ı şiddətlənəcək. Ona görə prosesi tələsmədən, yavaş-yavaş həyata keçirməliyik ki, regionda sülh və sabitlik təmin olunsun”.
Tədqiqatçı Tural İrfan da Qazaxın yeddi kəndinin qaytarılacağına inamını ifadə etdi:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərkən Qazaxın yeddi kəndinin Ağdamla eyni vaxtda qaytarılmalı olduğunu demişdi. Sonradan naməlum səbəblərdən bu, baş tutmadı. Müəyyən məqamlara görə poses ləngiyir. Amma torpaqlarımız gec-tez qaytarılacaq. Ərazimizin təhvil verilməməsi üçün hansısa əsas yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya