Qazaxıstan Rusiyaya incə diplomatik TÜRK cavabı verdi - ŞƏRH

Milli dönüş dalğası Türk dünyasını bürüyür, Azərbaycan geri qalmamalıdır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni parlamentin "Kurultay" adlandırılmasını təklif edib. Məlumata görə Qazaxıstan Prezidenti bu barədə Qızıl Ordada Milli Kurultayın iclasında bildirib. K.Tokayev vurğulayıb ki, deputatların sayının artırılmasına ehtiyac yoxdur, parlamentdə əsl vətənpərvərlər və yüksək ixtisaslı mütəxəssislər işləməlidir. K.Tokayev qeyd edib ki, parlamentin yeni strukturu qanunverici orqanın işinin səmərəliliyini təmin edəcək və ölkənin inkişafı ilə bağlı prioritet məsələlərə fokuslanmağa imkan verəcək. 

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qardaş Qazaxısatnda bu kimi addımlar, təşəbbüslər ilk deyil. Özəlliklə də prezident Kasım Jomərd Tokayev bu cür məsələlərə çox uyğun, diplomatik dildə reaksiya verir və bu reaksiyalar yerinə düşür: 

- Xatırlayırsınızsa, Rusiya prezidenti Vladimir Putin bir toplatıda media önündə çıxış edərkən Qazaxıstanı “rusdilli ölkə” adlandırdı. Putinin bu sözlərinə qədər toplatında rus dilində danışmış Tokayev bundan sonrakı çıxışını qazax dilində davam etdirdi. Tokayev Putinə elə ordaca yerini göstərdi, həddini bildirdi. Parlamentin qurultay adlandırılması məsələsi də Qazaxıstanın milli dönüş istiqaməti aldığını göstərir. Bir vacib məsələni də dəqiqləşdirək ki, qazax dilində qurultay, elə qurultaydır. “Kurultay” deyil. Bizim medianın “q” hərfini “k” yazması, qazax dilini bilməməzlikdən irəli gəlir. Prezidentin adı da “k” yox, “q” hərfi ilə yazılmalı və deyilməlidir; Kasım yox, Qasım. Azərbaycan dilində necə səslənirsə, necə yazılırsa, qazax dilində də eynilə o cür səslənir və yazılır. Sadəcə, əlifba oyunu oynanılıb deyə başımızda bizim gözümüzə “k” kimi görünür. Qazax əlifbasında “q” hərfi bizim əlifbadakı böyük “Q”kimi “quyruqlu”dur deyə, bəziləri səhvən bunun kiril ılifbaslndadkı “k” kimi qəbul edir, səsləndirir. Bu, səhvdir. Prezidentin soyadı da Tokayev deyil, Toqayevxdir, adı Kasım Comard deyil, Qasım Jomarddır. Qurultay sözü də eyni qaydada “q” hərfiylə yazılmalıdır. Son baş verənlər, yeni təşəbbüslər göstərir ki, Qazaxıstan milli özünəqayıdışa könül verib və bu istiqamətdə sürətlə hərəkət edir. Əlbəttə, Azərbaycan qədər deyil, bizdən geridə qalırlar bir çox məsələlərdə. Amma yenə də Qazaxıstan o yoldadır. Hədəf milli özünədönüşdür. Parlamentin Qurultay adlandırılması da o yöndə bir təşəbbüs kimi dəyərləndirilə bilər. Özbəkistanda da bu yöndə ciddi addım atmağa başlanılıb. Yer adlarının, qurum adlarının yalnız özbək dilində və latın əlifbasıyla yazılması qəbul edilib. Özbəkistan ordusunda hərbi rütbələrin özbəkcəyə çevrilməsi, milli rütbə adlarının tətbiq edilməsi qərarlaşdırılıb. Azərbaycan onlardan öndə olsa da, bir sıra məsələlərdə biz də geri qalmamalıyıq. Küçə, obyekt adlarının ingilis, rusca yazılması yasaqlanmalıdır. Belə olarsa, bir millət olaraq bütövləşəcəyik.