Qəhrəman şəhidimizi tanıyaq: “Yaralansa da, döyüşə davam edib və... ”
Banuçiçək Kalbalıyeva
11:21 23.03.2021
Aktual
767
Ermənistan baş naziri Nikol Paşinyanın son günlər verdiyi açıqlamalar diqqət çəkir. O, Azərbaycanın haqlı və güclü olduğunu, nəhayət ki, etiraf edir. Bunu baş nazirə 44 günlük müharibə dövründə ordumuz başa saldı. Qəhrəmanlarımız düşmənin silahlı qüvvələrini darmadağın etməklə həm də Ermənistan iqtidarının “gözünü açdı”.
Deməli, igid əsgər və zabitlərimizin qələbəsi təkcə hərbi deyil, eyni zamanda siyasi əhəmiyyət daşıyır. Həmin mərd oğullardan biri də 1998-ci il təvəllüdlü Hüseynzadə Muraddır.
O, Lənkəranın Şağlasər kəndində anadan olub. 2001-ci ildə Rafael Ağayev adına kənd orta məktəbində təhsil almağa başlayıb. 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda hərbi xidmət keçib. Bir il sonra isə tərxis olunub.
Qardaşı Məhəmməd bəy qəhrəmanımız haqqında daha ətraflı “Sherg.az”a danışdı:
“O, Aprel döyüşlərində də iştirak etmişdi. Hərbi xidmətini başa vurduqdan sonra Lənkəran rayonundakı regional narkoloji dispanserdə işə başlayıb. Sentyabrın 28-də mühahibəyə yollanıb.
Oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. Lakin mübarizə aparmağa davam edib. Doqquz gün sonra, yəni oktyabrın 30-da isə boynundan aldığı qəlpə yarası nəticəsində şəhid olub.
Qardaşım həmişə şəhadət arzusu ilə yaşayırdı. Nəhayət, arzusuna çatdı. Murad “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Digər şəhidlər kimi, mənim qardaşım da ölməyib. Bəqarə surəsində yazılır ki, Allah yolunda öldürülənlərə “ölü” deməyin, əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya