“Qərb Rusiyada yeni Əfqanıstan yaratmaq istəyir” - Qlobal təzyiq!
Yusif Nəzərli
13:28 11.02.2022
Aktual
958
“Şərqi Avropada real savaş təhlükəsi var. Amma Rusiya buna cəsarət etməyəcək”
“Çünki Qərb dövlətlərinin Rusiyanın qarşısında duracağı bəllidir. Onlar Ukraynaya hərbi, maliyyə yardımlarını etməyə davam edirlər”
“Ukraynaya 1,5 milyard dollardan çox hərbi, maliyyə yardımı olunub. Böyük Britaniya 2 milyarddan çox yardım söz verib. Bunun 1 milyardı hərbi texnika yardımıdır”
“Əsas məqsəd silahlanmada, təlimdə, iqtisadiyyatda Rusiya ilə Ukrayna arasındakı fərqi aradan qaldırmaqdır”
ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. Ölkənin Ukraynadakı səfirliyi bu barədə bəyanat yayıb. Qeyd olunub ki, Ukraynada təhlükəsizlik vəziyyətinin qəfil pisləşməsi riski var: “ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırır”. ABŞ-nin ardınca Britaniyadan da Ukrayna-Rusiya gərginliyinə reaksiya gəldi. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu barədə açıqlama yayıb. O bildirib ki, qərb ölkələrinin Rusiya rəhbərliyi ilə apardığı danışıqlara baxmayaraq, Ukrayna sərhədləri yaxınlığında vəziyyət getdikcə daha da gərginləşir:
“Rusiya hələ də Ukrayna sərhədlərində hərbi batalyon qruplarının sayını artırır. Həmçinin hərbi kontingentini Belarusa göndərir və orada qoşun yerləşdirib”.
Ben Uollesin sözlərinə görə, Britaniya gərginliyin azaldılması üçün mümkün hər şeyi etməyə hazırdır.
Qərbin münaqişə ilə bağlı açıqlamalarındakı gizli "kod"ları "Sherg.az"a şərh edən politoloq Turab Rzayev bildirib ki, qərblilər Rusiyada yeni Əfqanıstan yaratmaq istəyirlər:
“Rusiyanın Ukrayna sərhədləri yaxınlığına qısa müddətdə 30 eşalondan çox hərbi texnika göndərdiyini müşahidə etdik. Bunun hərbi təlim üçün nəzərdə tutulmadığı aydın şəkildə görünür. Həmçinin Belarus-Ukrayna sərhədinə minlərlə əsgər yığılıb. Bunlar Rusiya-Ukrayna arasındakı gərginliyi daha da artırır. Qərb dövlətlərinin isə münaqişə ilə bağlı açıqlamalarında iki məqam var. Onlar həm vətəndaşlarına, həm də dünyaya Rusiyanın işğalçı, aqressor olduğu mesajını ötürürlər. Nəticədə Moskvaya qarşı qlobal təzyiqin formalaşdırılması nəzərdə tutulub.
İkinci məqam isə qərblilərin Rusiyanı müharibəyə təşviq etməsidir. Bununla da Moskvanı zəiflətmək, maliyyəsini, hərbi resurslarını bitirmək niyyətindədirlər. Bunlar hamısı Moskvanı tələyə çəkmək üçün atılan addımlardır”.
Politoloq müharibənin baş tutacağı təqdirdə Ukraynaya yardımların daha da artırılacağını qeyd edib:
“Şərqi Avropada real savaş təhlükəsi var. Amma Rusiya buna cəsarət etməyəcək. Çünki Qərb dövlətlərinin Rusiyanın qarşısında duracağı bəllidir. Onlar Ukraynaya hərbi, maliyyə yardımlarını etməyə davam edirlər. Ukraynaya 1,5 milyard dollardan çox hərbi, maliyyə yardımı olunub. Böyük Britaniya 2 milyarddan çox yardım söz verib. Bunun 1 milyardı hərbi texnika yardımıdır. Əsas məqsəd silahlanmada, təlimdə, iqtisadiyyatda Rusiya ilə Ukrayna arasındakı fərqi aradan qaldırmaqdır. Müharibə baş verərsə, NATO-nun birbaşa Rusiya ilə döyüşəcəyi mümkünsüz görünür”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq