“Qərb və NATO Putinsiz Rusiyaya hazırlaşır”
Yusif Nəzərli
12:18 06.10.2022
Aktual
663
“Xüsusilə enerji böhranı Putinə mənfi təsir göstərəcək və Putinsiz Rusiya prosesi başlayacaq”
“Ərdoğan, İ.Əliyev, N. Paşinyan danışıqları üçtərəfli razılaşmaya çevrilərsə, bu, Ermənistanın KTMT-dən çıxmağını sürətləndirəcək”
"Yaxın 5 ildə İran, Rusiya və Çində sistem dəyişikliyi olacaq. Əsasları Praqada qoyulacaq".
Bu fikirləri "Sherg.az"a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.
Türkiyəli ekspert bildirib ki, hazırda Ukrayna böhranı Rusiya Prezidenti Vladimir Putini dünya balansında sıxışdırıb:
"Əgər Azərbaycan Prezidenti İlham Əliyev, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda problemlər həll olunsa, Rusiya-İran ittifaqı sıradan çıxsa, Cənubi Qafqazda türk dünyasının təməl daşı yerinə oturacaq.
Ərdoğan hələ də Putin üçün şansdır. Həmin şansı davam etdirmək üçün Praqa görüşünün nəticəsini gözləyəcək. Qərb və NATO Putinsiz Rusiyaya hazırlaşır. Xüsusilə enerji böhranı Putinə mənfi təsir göstərəcək və Putinsiz Rusiya prosesi başlayacaq.
Ərdoğan, İ.Əliyev, N. Paşinyan danışıqları üçtərəfli razılaşmaya çevrilərsə, bu, Ermənistanın KTMT-dən çıxmağını sürətləndirəcək. Təxribatlar davam edərsə, Putin bölgədə qala bilmək üçün Ermənistan-Azərbaycan sərhədlərini rus əsgərlərinin qorumasını gündəmə gətirəcək.
Bundan əlavə, Putinin Ukraynadakı işğal zonalarını ilhaq etməsi Qarabağda müəyyən problemlər yarada bilər".
Qeyd edək ki, bu gün Praqada Avropa Siyasi Birliyinin (ASB) sammiti keçirilir. Sammit çərçivəsində dünya liderləri Moskvaya Rusiyasız yeni dünya nizamının axtarışı barədə siqnal göndərəcəklər. Birliyin ilk iclasında 44 ölkənin, o cümlədən Aİ-yə üzv olan 27 dövlətin, həmçinin Azərbaycan, Ermənistan, Böyük Britaniya, Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrin liderləri iştirak edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə