Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə çağırıb
Yusif Nəzərli
06:07 16.10.2023
Aktual
355
Qərbi Azərbaycan İcması Roma Papasını Azərbaycanın mədəni və dini irsini bərpa etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
"Report"un xəbərinə görə, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Roma Papası Fransisk 2023-cü il oktyabrın 15-də verdiyi bəyanatında Azərbaycanın Qarabağ bölgəsindəki xristian dini abidələrinin qorunmasına dair çağırış edib.
Bununla əlaqədar xatırlatmaq lazımdır ki, Azərbaycan dövləti Qarabağ bölgəsinin Ermənistanın işğalından azad edilməsindən sonra orada olan bütün ibadət yerlərini və digər abidələri dini mənsubiyyətindən asılı olmayaraq etibarlı mühafizə altına almış və Ermənistan tərəfindən dağıdılmış olanların təmirinə başlayıb.
Bu mənada Roma Papasının Qarabağda hazırda heç bir təhlükə olmayan xristian dini abidələri ilə bağlı çağırış etməsi üçün heç bir əsas yoxdur. Əksinə Roma Papasının Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində 65 məscidi, eləcə də Ermənistan ərazisində 200-dən artıq məscidi və çoxsaylı digər mədəni və dini abidələri dağıtmasına münasibət bildirməsinə böyük ehtiyac vardır.
Bu müstəvidə, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistan ərazisindəki Azərbaycan dini ibadət yerlərini və yaxınlarının qəbirlərini ziyarət etməsinə yardım etmək xahişi ilə Roma Papasına 2023-cü il iyunun 12-də etdiyi və cavabsız qalan müraciəti bir daha yada salır.
Qərbi Azərbaycan İcması dinlərarası dialoqun müdafiəçisi kimi Roma Papasına bir daha müraciət edərək, onu Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya