
Qərbi Azərbaycan məsələsi BMT masasında...
Yusif Nəzərli
18:30 30.05.2023
Aktual
567
Qərbi Azərbaycan məsələsi BMT masasında...
Ceyhun Məmmədov: "Ermənistan dövləti üzərinə öhdəliklər götürməli və zəruri addımlar atmalıdır"
Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına yardım etmək üçün Ermənistana BMT missiyası göndərməyi xahiş edib. BMT-nin Katibliyi həmin müraciəti Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, İqtisadi və Sosial Şuranın gündəliyinin münaqişələrin önlənməsi, sülhün qorunması, insan haqları, qaçqınlar mövzusuna dair bəndləri altında BMT-nin rəsmi sənədi kimi yayıb. Qərbi Azərbaycan İcması inanır ki, həmin əhali qrupunun geri qayıtma hüququnun təmin olunması BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinin, İnsan Hüquqları üzrə Bəyannamənin və digər universal insan haqları sənədlərinin yerinə yetirilməsinə, habelə bölgədə davamlı sülhün bərqərar edilməsinə mühüm töhfə olacaq.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, belə bir sənədin qəbul edilməsi çox önəmlidir. Deputatın sözlərinə görə, bu məsələyə Prezident İlham Əliyev də dəfələrlə toxunub:

"Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurdlarına geri qayıtması çox önəmli məsələdir və mütləq həllini tapmalıdır. Qərbi azərbaycanlılar bir neçə dəfə Ermənistanın deportasiyasına məruz qalıblar. Doğma yurdlarından qovulublar. Əlbəttə ki, hüquqları pozulan azərbaycanlıların öz yurdlarına geri dönməsi onların ən təbii haqqıdır. O baxımdan İcmanın müraciətinin BMT-nin rəsmi sənədi kimi təsdiq olunması və yayılması Azərbaycanın hədəf və məqsədlərinə mərhələli şəkildə nail olduğunu göstərir. Hesab edirəm ki, bu siyasət davam etdirilməlidir. Uğurlu addımdır. Ermənistan dövləti də bu istiqamətdə üzərinə öhdəliklər götürməli və zəruri addımlar atmalıdır ki, azərbaycanlılar öz torpaqlarına qayıda bilsinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm