“Qərbi Azərbaycan”, yoxsa “Çuxursəd bəylərbəyliyi? – İzah
Banuçiçək Kalbalıyeva
13:32 19.02.2021
Aktual
1266
Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli mətbuata açıqlamasında maraqlı fikir səsləndirib. O, bildirib ki, on minlərlə Qərbi azərbaycanlının Qarabağda məskunlaşmaq istədiyini söyləyib:
“Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərinə Qərbi azərbaycanlıların köçürülməsi ilə bağlı əvvəllər Azərbaycan Qaçqınlar Cəmiyyətinə yalnız Bakıda yaşayan Qərbi Azərbaycan qaçqınları müraciət edirdilərsə, indi Azərbaycanın bütün rayonlarından müraciətlər daxil olur. Həm də müraciət edən ailələrin sayı artıq yüzləri, minləri çoxdan aşıb, on minlərlə insan işğaldan azad olunmuş ərazilərdə məskunlaşmaq istəyir".
Tarixçi-alim Kərəm Məmmədov Sherg.az”a açıqlamasında deputatın bu fikirlərinə münasibət bildirdi:
“Əslində öldədaxili, etnosdaxili miqrasiyalar həmişə olub. Məsələn, Qazax- Borçalı camaatından soruşsanız, 60-70 faiz insan Qarabağdan gəldiyini deyəcək.
Bu isə məşğuliyyətlə, o cümlədən əkinçilik, maldarlıqla bağlıdır. Əlbəttə, hər şey zamanla düzələcək. Amma indidən belə bəyanatlar səsləndirmək tezdir. Əvvəlcə Qarabağ bərpa olunmalı, təmir-tikinti işləri görülməlidir. Sonra isə sözügedən məsələyə dair konkret dövlət proqramı hazırlanmalıdır”.
K.Məmmədov, həmçinin “Qərbi Azərbaycan” toponimindən də danışdı:
“Biz “Qərbi Azərbaycan” deyəndə haranı nəzərdə tuturuq? Hülakülər, Səfəvilər dövründə olduğu kimi, Qərbi Azərbaycan indiki Şərqi Anadoludur. Ermənistan isə əslində Şimali Azərbaycanın mərkəzi hissəsidir.
Ona görə də mən sözügedən torpaqları “Çuxursəd bəylərbəyliyinin keçmiş ərazisi” kimi adlandırmağın tərəfdarıyam. Onsuz da Ermənistan adlanan sintetik dövlət faktiki olaraq Azərbaycan mahalları hesabına yaranıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm