Qoşulmama Hərəkatı üzv ölkələrinin nümayəndə heyətləri Şuşaya səfər edib - FOTO
Yusif Nəzərli
16:04 29.07.2022
Aktual
485
25-29 iyul tarixlərində Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı (QH) Gənclər Sammiti çərçivəsində, Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq QH üzv ölkələrinin gənclərini birləşdirən QH Gənclər Təşkilatı yaradılmışdır.
Şuşa Akkordu (Şuşa razılaşması) kimi tarixə düşən QH Gənclər Təşkilatının yaradılmasına dair sənəd, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adının QH tarixinə yazılmasına xidmət edəcək.
"Sherg.az" xəbər verir ki, QH Gənclər Şəbəkəsinin yaradılması, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində QH Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm təşəbbüsdür.
Təşkilatın Mənzil-qərargahı Bakı şəhərində yerləşəcək. Bununla yanaşı üzv dövlətlərin təmsil etdikləri digər bölgələrdə regional ofislər təsis ediləcək. Təşkilata sədrlik qarşıdan gələn 3 il müddətinə Azərbaycan nümayəndəsi tərəfindən ediləcək.
Bu təşkilatın yaradılması, QH Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanmış və dəstəklənmiş, QH üzv ölkələrinin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilmişdir.
2021-ci ilin 4 oktyabr tarixində Azərbaycanın təşəbbüsü ilə yaradılmış QH Gənclər Şəbəkəsinin QH Gənclər Təşkilatına çevrilməsi ilə, QH üzv ölkələrinin gənclərini birləşdirən bu təsisat, beynəlxaq platformalara daha rahat çıxış imkanı əldə etmişdir.
QH Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən QH üzv ölkələrinin nümayəndə heyətləri, Azərbaycan ərazilərinin Ermənistan tərəfindan işğal altında saxlanması, hənin dövrdə baş vermiş dağıntılar barədə məlumatlandırılmış, həmçinin Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olmuşlar.
Xatırladaq ki, QH 4 qitədən 120 ölkəni özündə birləşdirir. Azərbaycan 2019-cu ildən Hərəkata sədrlik edir. Sədrlik müddəti 2022-ci ildə başa çatmalı olsa da, üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz əlavə 1 il müddətinə uzadılmışdır.
Xəbər lenti
Hamısına bax
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya