Rus KİV-lərində anti-İsrail əhval-ruhiyyəsi var
Yusif Nəzərli
14:14 31.10.2023
Aktual
687
Bütün regionların başçılarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının rəhbərlərinin diqqətini Rusiyanın konstitusiya quruluşunu, vətəndaşlarımızın hüquq və azadlıqlarını, dinlərarası harmoniya və millətlərarası münasibətləri qorumaq üçün qəti, vaxtında və aydın addımların atılmasının zəruriliyinə cəlb etmək istəyirəm.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Novo-Oqarevoda hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə Dağıstandakı iğtişaşlar və Yaxın Şərqdəki vəziyyəti müzakirə edərkən deyib.
“Yaxın Şərq böhranının hazırkı mərhələsinin necə başladığını xatırlayırıq - bu dövlətin ərazisində İsrail və digər ölkələrin mülki əhalisinə qarşı terror hücumu ilə. Biz həmçinin görürük ki, cinayətkarları və terrorçuları cəzalandırmaq əvəzinə, təəssüf ki, kollektiv məsuliyyət prinsipi ilə qisas almağa başlayıblar”, - Putin bildirib.
Onun sözlərinə görə, onlar bu regiondakı vəziyyətdən istifadə edərək Rusiya cəmiyyətini parçalamağa, o cümlədən yalanlardan, təxribatlardan və aqressiyadan istifadə etməyə çalışırlar:
“Onların (ABŞ elitası və onların peykləri qlobal qeyri-sabitlikdən əsas faydalananların) Müqəddəs Torpaqda qalıcı sülhə ehtiyacı yoxdur, onlara Yaxın Şərqdə daimi xaos lazımdır, ona görə də onlar Qəzza zolağında dərhal atəşkəsin əldə olunmasında, qan tökülməsinin dayandırılmasında israr edən, böhranın həllinə töhfə vermək istəyən və buna hazır olan ölkələri gözdən salmaq üçün əllərindən gələni edirlər. Hətta dünya birliyinin açıq şəkildə ifadə olunmuş mövqeyi olan BMT-də hücumlara, real təqiblərə, onu gözdən salmaq cəhdlərinə məruz qalır".
Putin vurğulayıb ki, Rusiyanın Yaxın Şərqlə bağlı mövqeyində heç vaxt şəxsi maraq olmayıb:
“Biz öz mövqeyimizi açıq şəkildə bəyan etmişik və bəyan edirik və bu, ildən-ilə dəyişmir: münaqişənin həllinin açarı suveren, müstəqil, tamhüquqlu Fələstin dövlətinin yaradılmasıdır”.
O, həmçinin vurğulayıb ki, Rusiya cəmiyyəti nə qədər vahid olsa, ölkə həm öz milli maraqlarını, həm də Qərbin neokolonial siyasətinin qurbanı olmuş xalqların maraqlarını bir o qədər effektiv müdafiə edə biləcək.
Mahaçqalada başlayan iğrişaşların arxasında anti-semitizmin dayandığını deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a vurğulayıb ki, prosesin hara gedəcəyini proqnozlaşdırmaq çox çətindir:
"Dağıstanda baş verən hadisələrin altında müəyyən bir sosial zəmin dayanır. Bu digər regionlara da sıçraya bilər. Düşünürəm ki, Yaxın Şərqdə hadisələr bu cür davam etsə, təkcə Rusiyada yox, Qərbi Avropa və digər regionlarda iğtişaşlar baş verə bilər. Ona görə də hadisəni tək bir ölkə ilə bağlamaq çətindir. Ümumiyyətlə hər bir dövlətin belə çaxnaşmalarda öz əsası var".
Analitik əlavə edib ki, iğtişaşların qarşısının alınması üçün profilaktik işlərin aparılmasına ehtiyac var:
"Çünki Rusiyadakı KİV-lərdə anti-İsrail əhval-ruhiyyəsi var. Bu səbəblə də iğtişaşlar böyüyür. Düşünürəm ki, kompleks şəkildə iş aparılmalıdır. Çünki Rusiya ictimaiyyətinin fələstinlilərə simpatiyası var. Ona görə də KİV-lərdə İsrail günahkar göstərməmək üçün işlər aparılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya