Rusiya Qarabağla bağlı ciddi narahatlıq yarada bilər? - ŞƏRH
12:07 03.04.2022
Aktual
627
"Türkiyənin Azərbaycana xarici hücumlara və ərazi bütövlüyünə qarşı təhlükəsizlik qarantiyası var. Kremlin belə bir qərar verməsi onu Ankara ilə üz-üzə gətirər"
“Ukrayna müharibəsi fonunda Rusiyanın növbəti hədəfinin hansı ölkə olacağı sualı tez-tez səslənir. Bu siyahıda Özbəkistan, Gürcüstan, Moldova və s. ölkələrin də adı çəkilir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
Ekspert bildirib ki, Rusiyanın Ukrayna ilə müharibə fonunda Gürcüstanla müharibə etməsi real deyil:
“Rusiya 2008-ci ildə bir dəfə Gürcüstanla müharibə edib. Yeni savaş Kreml üçün mövcud vəziyyətin daha da ağırlaşması ilə nəticələnə bilər. Separatçı “Cənubi Osetiya respublikası”nın qondarma “prezidentinin” Rusiyaya birləşmək qərarı Kremlin Tiflisə açıq xəbərdarlığıdır. Rəsmi Tiflis Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini dayandırmayıb. Əksinə, proses daha da sürətlənib. Moskva bunun qarşısını almaq üçün Gürcüstana təzyiqi artırıb. Rusiya vaxtilə Azərbaycanda olduğu kimi, Gürcüstanda da erməni kartından istifadə edə bilər. Söhbət Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsindən gedir. Kreml bununla həm də Ermənistanla Gürcüstan arasında gərginlik yaratmağı planlayır. Düzdür, rəsmi İrəvanın Cavaxetiya üzərindən ikinci bir Qarabağ ssenarisinə gedib-getməyəcəyini demək çətindir. Lakin Kreml ermənilərin iştahını hər zaman qabartmağı bacarıb”.
T.Rzayevə görə, Rusiyanın postsovet məkanındakı tanınmamış “respublikalar”la bağlı verdiyi qərar Qarabağla bağlı da ciddi narahatlıq yaradır:
“Hətta belə iddialar səslənir ki, Rusiya Qarabağın “müstəqiliyini” tanıya bilər.
Bu versiya indiki halda mümkün deyil. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Türkiyənin Azərbaycana qarşı xarici hücumlara və ərazi bütövlüyünə qarşı təhlükəsizlik qarantiyası var. Kremlin belə bir qərar verməsi onu Ankara ilə üz-üzə gətirər. Bu isə Moskvanın ən son istəyəcəyi haldır. Digər tərəfdən, Türkiyə kimi Rusiyanın özü də Moskva bəyannaməsinin müvafiq bəndlərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə qarant verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya