İrəvan-Mineralnıye Vodı reysinin təyyarəsində texniki nasazlıq yaranıb - Yenilənib

İrəvan - Mineralnıye Vodı reysini həyata keçirən təyyarədə texniki nasazlıq yaranıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.

"Təyyarə Zvartnots hava limanına eniş edib, texniki yoxlamadan sonra uçuş bərpa ediləcək, lakin bunun məhz nə vaxt olacağını dəqiqləşdirə bilmərik", - idarədən qeyd olunub.

Daha əvvəl bildirilib ki, "Azimut" aviaşirkətinin təyyarəsi havaya qalxdıqdan 15 dəqiqə sonra qəza siqnalı verib.

Göyərtədə 100-ə yaxın sərnişinin olduğu ehtimal edilir.

15:39

İrəvandan Mineralnıye Vodıya uçan təyyarə qəza siqnalı verdikdən sonra Ermənistan paytaxtına qayıtmağa məcbur olub.

"Report" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Qəza siqnalının verilmə səbəbləri açıqlanmayıb.