Rusiya qərarını verib! – “Donbası Rusiyaya birləşdirəcək” - TƏHLİL
Yusif Nəzərli
13:14 22.02.2022
Aktual
751
Ötən gün Rusiya qondarma Donetsk və Luqansk respublikalarının “müstəqilliyini” tanıyıb. Müvafiq qərar Rusiya prezidenti Vladimir Putinin sədrliyilə keçirilən ölkənin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib və dövlət başçısı tərəfindən xalqa müraciəti zamanı bəyan olunub. Putin canlı efirdə hər iki qondarma dövlətin tanınması ilə bağlı qərarları imzalayıb.
ABŞ bu qərara dərhal münasibət bildirib. Ağ Evdən verilən məlumata görə, ABŞ ölkə vətəndaşlarına və şirkətlərinə “DXR” və “LXR” ilə ticarəti qadağan edəcək. Qeyd edilib ki, ABŞ prezidenti Co Bayden tezliklə “DXR” və “LXR” ilə investisiya, ticarət və maliyyə sahəsində hər hansı bir əməkdaşlığı qadağan edən fərmanı imzalayacaq.
Bu hadisələrin fonunda diqqəti cəlb edən digər önəmli məqam baş tutması gözlənilən Blinken-Lavrov görüşüdür. Putinin bəyanatından sonra görüşün təxirə salınmasına dair fikirlər səslənsə də, bu iddialar təkzib olunub. ABŞ dövlət katibi Entoni Blinken hələlik Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünü təxirə salmayıb. Bu barədə Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayılıb. Qeyd olunur ki, xarici siyasət qurumunda sözügedən məsələnin müzakirələri davam etdirilir.
Yaxın zamanda baş tutması gözlənilən görüşü “Sherg.az”a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, bu görüş nəticə verməyəcək:
“Bu günə qədər baş tutan görüşlər nəticə vermirdisə, bu görüşün də heç bir nəticəsi olmayacaq. Bu sadəcə görüş xatirinə görüş olacaq.
Çünki artıq Rusiya qərarını verib. O, Donbassı “rəsmən” tanıdı və öz qoşunlarını ora yeridəcək. Növbəti mərhələdə də Krımda olduğu kimi Donbası Rusiyaya birləşdirəcək.
Yəni, bu nəticəsiz bir danışıq olacaq. Rusiya bütün görüşlərə qatılacaq. Çünki artıq bildiyini edib. İndi əksinə, Qərb ölkələrinin liderləri bu danışıqların faydasız olduğunu görüb danışıqlardan imtina edə bilərlər”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq