Rusiya riskə getməz ! – “...Qarabağda müharibənin miqyası böyüyə bilər”
Banuçiçək Kalbalıyeva
10:48 30.12.2020
Aktual
554
“Həm də bu gün onların funksiyaları sülhü təmin etməkdir”
“Əgər döyüşdə də ermənilərin tərəfin tutsalar, onda müharibənin miqyası böyüyəcək”
“Türkiyə də savaşa qoşulacaq. Çünki Rusiya ilə Ermənistan arasında olduğu kimi, bizim də aramızda hərbi pakt var”
“Növbəti müharibə demirəm amma Xankəndi və ətrafında antiterror əməliyyatı gözləyirəm”.
Bu sözləri “Ağ” Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli özünün “Facebook” hesabında yazıb. Əslində bu, təkcə onun yox, demək olar, bütün politoloqların, siyasi analitiklərin ortaq fikridir: Qarabağda son erməni terrorçusu tərksilah edilənədək düşmənlə heç bir kompromisə getmək olmaz. Bunu son hadisələr, o cümlədən Hadrut təxribatı da göstərir. Elə isə?
Ə.Məmmədli “Sherg.az”a deyib ki, bu “elə isə” bizim üçün dilemma yox, aksiom olmalıdır:
“Bildiyiniz kimi, noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Amma buna əməl edən ancaq Azərbaycandır. Rusiya da, Ermənistan da şərtləri açıq-aydın pozur. Xankəndinin Ermənistana birləşdirilməsi iddiaları, Hadrut təxribatı, ermənilərin Laçın dəhlizi ilə gediş-gəlişinə rusların heç bir söz deməməsi, habelə çəkilən səmimi fotolar fikrimizi sübut edir. Əslində sülhməramlılar bölgəyə girəndə ermənilər oradan çıxarılmalı idi. Lakin bu, olmadı. Əksinə, rus telekanalları indi düşmənlərimizi təbliğ edirlər. Kreml rəsmiləri status məsələsini dolayısı yolla da olsa gündəmə gətirirlər. Halbuki biz statusu aradan qaldırmışdıq. Deməli, tərəflərdən ikisi “cığallıq” edirsə, bizim 10 noyabr bəyanatından imtina etməyə hüququmuz var”.
Ə. Məmmədlinin fikrincə, indiki situasiyada yeganə yol anti-terror əməliyyatlarını davam etdirməkdir:
“Çörçil deyirdi ki, aqressorun qarşısında güzəştə getmək olmaz. İndiki halda təcavüzkar hətta Rusiyadırsa, belə, biz qətiyyətli mövqeyimizdən dönməməliyik. Əks halda azad etdiyimiz torpaqları da itirə bilərik. Bölgədə rusların olması bizi qorxutmamalıdır. Birinci savaşda ruslar indikindən daha çox idi. Amma biz müəyyən uğurlar qazanmışdıq. Həm də bu gün onların funksiyaları sülhü təmin etməkdir. Əgər döyüşdə də ermənilərin tərəfin tutsalar, onda müharibənin miqyası böyüyəcək. Türkiyə də savaşa qoşulacaq.
Çünki Rusiya ilə Ermənistan arasında olduğu kimi, bizim də aramızda hərbi pakt var. Kreml sahibinin bunu bilə-bilə riskə gedəcəyini düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya