Rusiyada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilir

Sentyabrın 29-da Rusiyanın Tula şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə quruma üzv 8 ölkənin uyğun qurumlarının, o cümlədən Azərbaycan və Ermənistanın Müdafiə nazirliklərinin rəhbərləri də iştirak edirlər.