Rusiyanın Xalq artisti: “Putin Ukraynanı parçalamaq istəyirdi, birləşdirdi”


Rusiyanın Xalq artisti Andrey Makareviç Rusiyanın Ukraynaya hücumu ilə bağlı mövqeyini bildirib.

Sherg.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Makareviç bu barədə sosial şəbəkədə paylaşım edib.

"Putinin xəyalı Ukraynanı parçalamaq idi, amma birləşdirdi", - o qeyd edib.

Xalq artistinin paylaşımı qısa vaxt ərzində 20 minə yaxın bəyənmə toplayıb. Şərh yazan izləyicilər Makareviçə təşəkkür edib.