
Şahramanyan Azərbaycanla söz oyununa başlayıb -ŞƏRH
Şahramanyan Azərbaycanla söz oyununa başlayıb -ŞƏRH
08:13 04.09.2024
Aktual
544
Separatçıların sabiq liderinin bəyanatları sülh prosesini gərginləşdirir
“Beynəlxalq aləm azərbaycanlıların qayıdışı məsələsinə ciddi yanaşmalıdır”
Ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirlərindən sonra ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan növbəti dəfə təxribatçı iddialarla çıxış edib. O, hələ də hansısa statusla Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini deyib, hətta yenidən işğalçı planlarından bəhs edib.
Separatçıların sabiq lideri Qarabağı könüllü tərk etmiş erməni sakinlərin geri qayıtması üçün çalışdıqlarını gizlətməyib.
Şahramanyan bildirib ki, vaxtaşırı əhalinin öz evlərinə hansı yolla qayıda biləcəyi ilə bağlı müzakirələr gedir, hətta Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyanın rəhbərlik etdiyi xüsusi komissiya da yaradılıb. Onun sözlərinə görə, artıq çoxlu təkliflər və variantlar var.
“Artsax” xalqının öz vətəninə qayıtmaq və onu inkişaf etdirmək arzusu var, amma bizim beynəlxalq təminatlarımız olmalıdır, bizim geri dönüşümüz ləyaqətli və ədalətli olmalıdır və ən əsası, bu standartlar təmin olunarsa, o zaman biz danışıqlara hazırıq”, separatçı bildirib.
Şahramanyan ermənilərin Azərbaycanın suverenliyi və hakimiyyəti altında yaşamaq istəmədiklərini və buna görə Qarabağı könüllü tərk etdiklərini söyləyib. O, separatçı rejimin ləğvinə dair özünün imzaladığı "fərman"ın heç bir hüqiqi qüvvəsinin olmadığını da əlavə edib.
Bir il əvvəl qondarma rejimin buraxılmasına imza atan Şahramanyan indi Azərbaycanla söz oyununa başlayıb. O, hətta Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiklərini də bildirib. Əlbəttə, Azərbaycan üçün bütün bu iddialar cəfəngiyyatdır və heç bir məna kəsb etmir.
Separatçı quldur dəstəsinin başçısı Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmədiyini də bildirib. O, hətta Paşinyanla görüşə cəhd etmədiyini vurğulayıb: “Həmin görüşün baş tutması təbii bir hadisə olmalıdır. Amma indiyə qədər görüşməmişik. Ermənistan hökumətinin hansı məsələləri müzakirə etdiyini bilmirəm. Biz Ermənistan hökumətinə heç bir təklif təqdim etməmişik”.
Şahramanyan onu da qeyd edib ki, onun üçün Ermənistanın təhlükəsizliyi hər şeydən önəmlidir və onlar ölkə hakimiyyətinin apardığı proseslərə xələl gətirməmək və təhlükəsizlik sisteminə zərər vurmamaq üçün hər şeyi etmək niyyətindədirlər.
Görünür, separatçıları körükləyən müəyyən qüvvələr var ki, bununla əslində, Paşinyana yox, Azərbaycana təsir etmək istəyirlər. Sözsüz ki, bu qüvvələrin başında Rusiyadakı erməni lobbisi dayanır. Elə Fransadakı erməni lobbisi də separatçılardan öz məqsədlərinə nail olmaq üçün yararlana bilər.
Politoloq Zaur Məmmədovun “Sherg.az”a açıqlamasına görə, Ermənistan rəhbərliyinin sülh müqaviləsini imzalamaması və ərazi iddiaları ilə bağlı konkret mövqe nümayiş etdirməyərək vaxtı uzatması bölgədə sülhə zərbə kimi başa düşülür. O bildirib ki, erməni separatçıları köhnə ab-havalarında iddialarını davam etdirir, həmçinin məğlub dövlət ordusunu gücləndirir, sülh gündəliyi ilə bağlı konkret addımlar atmırlar:

“Bu baxımdan bəzi məsələlərin aktuallaşması istisna deyil. Bunlardan biri Ermənistanın silahsızlaşdırılmasıdır. Belə ki, Qərbi Zəngəzur və Göyçə gölünün ortasından şərti sərhədlərə qədər ərazilər silahsızlaşdırılmalıdır. Bu ərazilərdə Ermənistan ordusu ancaq yüngül tipli silahlarla təchiz edilməlidir. Digər tərəfdən, beynəlxalq aləm azərbaycanlıların qayıdışı məsələsinə ciddi yanaşmalıdır. Bölgədə sülhün möhkəmləndirilməsi üçün toplumlar əvvəlki demoqrafik coğrafiyaya qayıtmalıdırlar”. Ekspert qeyd edib ki, Şahramanyanın bəyanatları sülh prosesini gərginləşdirir və revanşizmdən xəbər verir: “İstisna etmirəm ki, Milli Məclisdə Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya yaradıla bilər. Əgər Ermənistan hücum xarakterli silahlarını Zəngəzura yerləşdirməyə, ərazi iddiaları fonunda ordumuza qarşı atəşkəsi pozmağa davam edəcəksə, o zaman bölgənin buferləşdirilməsi üçün lazımi addımlar atılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm