Şamil Ayrım: “Özbəkistanda prezident seçkiləri üçün hər cür şərait yaradılıb”
Yusif Nəzərli
07:38 24.10.2021
Aktual
492
“Özbəkistana bu gün səhər gəldim. Bu ölkədə keçirilən müşahidəçi olduğum ikinci president seçkiləridir”.
“Report” xəbər verir ki, bu sözləri Özbəkistanda keçirilən president seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.
Seçkiləri beynəlxalq, AKP-nin İstanbuldan olan millət vəkili, habelə digər statusda müşahidə etdiyini bildirən Şamil Ayrım Özbəkistanla bağlı təəssüratlarını da bölüşüb:
“Özbəkistanda çox böyük dəyişikliklər görürəm. Bunlar önəmli dəyişikliklərdir. Özbəkistanın Türkiyə ilə əlaqələri əhəmiyyətlidir”.
Şamil Ayrım qeyd edib ki, son illər Özbəkistanın türkdilli ölkələrlə əlaqələri inkişaf edib: “Əslində pandemiya şəraitində keçirilən bu seçkilər heç də asan deyil. Hər birimiz qoruyucu maskadan istifadə edirik”.
TBMM-in deputatı bir sıra seçki məntəqələrində olduğunu vurğulayıb: “Bu, bizim müşahidə apardığımız 4-cü seçki məntəqəsidir. Gördüyümüz mənzərə budur – Özbəkistan rəsmiləri pandemiya şəraitinə uyğun tədbirləri həyata keçiriblər, məntəqələrin girişində dezinfeksiya işləri, seçicilərin hərarətinin ölçülməsi, növbəlilik, sıra qaydasına əməl olunması. Bunlar təqdir olunası tədbirləridir.
Diqqətimi cəlb edən əsas məsələlərdən biri də seçici siyahısında adı çıxmayan seçicilərin qısa zamanda elektron qaydada səs verə bilməsidir. Bu önəmlidir. Yəni seçici siyahısında adı olmayan seçici səs verə bilir”.
Şamil Ayrım müşahidə kameralarının fəaliyyətinə də diqqət çəkib: “Kimsə kiməsə təzyiq göstərmir. Bu, əladır. Məntəqədə 5 siyasi partiyanın namizədlərinin nümayəndələri, digər təmsilçilər var”.
Onun sözlərinə görə, Özbəkistan türk dünyası üçün önəmli mərkəzlərdəndir. Seçki prosesi normal davam edir. Şamil Ayrım seçici aktivliyinin yüksək olduğunu, məntəqələrin axşam saat 20-dək fəaliyyət göstərəcəyini bildirib: “Bəzi seçki məntəqələrində seçici fəallığının 90 faizə çatacağı bildirilir. Önəmli olan seçki prosesinin şəffaf keçirilməsidir, seçicilərin dinc şəraitdə səs vermələridir. İnşallah belə davam etsə, seçkilərin nəticəsi yaxşı olacaq. Seçkilərin özbək xalqı üçün faydalı olmasını arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya