Səfirliyimizdə terror törədənə ölüm hökmü verilə bilər - Çingiz Qənizadə
Yusif Nəzərli
16:15 06.10.2023
Aktual
524
İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfərə yola düşüb.
Nazir hava limanında jurnalistlərə açıqlama verib.
Nazir bildirib ki, İran və Azərbaycan Respublikası arasında ticarət balansı əvvəlki vəziyyətinə qayıtmalıdır.
O, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin işini məhkəmə sistemi rəhbərinin və Prezidentin təqib etdiyini diqqətə çatdırıb.
"Tezliklə təqsirləndirilən şəxsə hökm çıxarılacaq", - Mehrdad Bəzrpaş əlavə edib.
İranlı Nazirin Tehrandakı Azərbaycan səfirliyinə hücum edən şəxs barədə səsləndirdiyi fikirləri “Sherg.az”a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı həbs edilmiş cinəyatkara ən ağır cəzanın veriləcəyi haqda Azərbaycan tərəfinə ilkin məlumat verilib:
“Amma məhkəmələr bütün ölkələrdə müstəqildirlər. Məhkəmə hakimiyyəti müstəqil olduğu üçün onların adından danışmaq bir qədər düzgün deyil. Lakin baş verən hadisənin siyasi terror olduğunu və sözügedən dövlətlərin münasibətlərinin kəskinləşməsi ilə nəticələndiyini göz önünə alsaq, İran hakimiyyətinin məsələni diqqətdə saxlaması normaldır. Hazırda bu ölkədə səfirliyimiz fəaliyyətini dayandırıb. Hadisənin həm cinayət, həm də siyasi motivli olduğunu nəzərə alsaq, İranın bununla bağlı görüşünü açıqlaması gözləniləndir”.
Ç.Qənizadə son zamanlar İran rəsmilərinin Azərbayacana səfərlərinin artmasını və müsbət yönümlü açıqlamalarını münasibətləri düzəltmək adına atılmış addım olaraq qiymətləndirib:
“İran Azərbaycanla münasibətlərdə humanist addımları ilə seçilir. Məsələn, Tehran rəsmiləri İranda həbsdə olan Fəridin məsələsinə yenidən baxılacağını bildiriblər. Bunlar onu göstərir ki, İran haqsız olduğunu dərk edib. Hələlik məhkəmənin sonlarıdır. Cinayətkara ölüm hökmü veriləcəyini düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya