Şəkidə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib
13:39 14.06.2023
Aktual
615
İyunun 13-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edib, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğunu, yenidən hakimiyyətə gəldiyi gün Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edildiyini bildirib, müstəqil respublikamızın əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin Azərbaycan dövlətçiliyini xilas etdiyini, onun həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artdığını, müstəqil Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu vurğulayıb. Qeyd edib ki, Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.
Tədbirdə 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Bayram tədbirinin bədii hissəsində Şəki Dövlət Regional Kollecinin müəllim və tələbələri tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət