Sensasion iddia ! - «Ermənistan təxribata hazırlaşır» - Daha 500 ton silah !
Banuçiçək Kalbalıyeva
14:57 31.08.2020
Aktual
1417
«Paşinyanın Xocalıya getməsi Ermənistanın növbəti təxribata hazırlaşdığını göstərir"
“Azərbaycanın ərazisindən keçən istənilən canlı və cansız qüvvə məhv edilməlidir”
“Onlar təhlükəsizliyindən o qədər əmindirlər ki, turizm məqsədli yollar çəkir, Livandan, Suriyadan əraziyə erməni köçürürlər”
Ermənistan baş naziri gözlənilmədən Azərbaycanın işğal altındakı Dağlıq Qrabağ regionuna səfər edib. Bu barədə Ermənistan KİV-i yazıb. Bildirilib ki, Paşinyanı Xocalı aeroportunda separatçı rejimin başçısı Araik Arutunyan və Ermənistan müdafiə naziri David Tonoyan qarşılayıb.
Qarabağa Mi-171 helikopetri ilə gələn Nikol Paşinyan işğal altındakı torpaqlara geniş səfər proqramı ilə gəlib.
Ermənistanda, qondarma rejimdə koronavirusun tüğyan etdiyi, nəinki sadə vətəndaşların, hökumətin də mövcud vəziyyət qarşısında aciz qaldığı, ağ bayraq qaldırdığı bir vaxtda nə vacibdir bu səfər? Yoxsa, Paşinyan canından bezib? Elə bezənə oxşayır...
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev Paşinyanın Xocalıya səfəri ilə bağlı düşüncələrini “Sherg.az”la bölüşüb. O, bu səfəri təsadüfi hesab etmir:
“Tovuz hadisələri zamanı Rusiya Ermənistana 400 ton silah göndərdi. Əlbəttə, bununla bağlı Azərbaycan hökuməti öz etirazını bildirdi. Ardınca məlum oldu ki, avqustun 25-dən sonra Rusiya Ermənistana daha 500 ton silah-sursat göndərib. Həmin silahların göndərildiyi marşrut da, növləri də bizə məlumdur. Ermənistana silahlar göndərilməsi və Paşinyanın Xocalıya getməsi Ermənistanın növbəti təxribata hazırlaşdığını göstərir. Biz buna mane olmalıyıq”.
F.Quliyev, onu da əlavə edib ki, biz Azərbaycan sərhəddində baş verən istənilən hərəkətlənmənin qarşısını almalıyıq:
“Sərhəddimizdən keçən bütün qüvvələri məhv etməkdən ötrü lazımi texnikamız var. Biz hətta 600 km-dən hədəfi dəqiq müəyyənləşdirən silaha malikik. Yəni Azərbaycanın ərazisindən keçən istənilən canlı və cansız qüvvə məhv edilməlidir.
Deməli, artıq ermənilərin nazı ilə oynamalı deyilik. Onlar təhlükəsizliyindən o qədər əmindirlər ki, turizm məqsədli yollar çəkir, Livandan, Suriyadan əraziyə erməni köçürürlər.
Belə bir şəraitdə ictimai rəy yaradılmalıdır. Prezident də həmin ictimai rəyə əsaslanaraq ciddi addımlar atmalıdır.
Yadınızdadırsa, dövlət başçısı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da Azərbaycan ictimaiyyətinin narazılığını onun diqqətinə çatdırmışdı. Biz ən ciddi üsullarla belə səfərlərin qarşısını almalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan "Maykrosoft"a inanılmaz qadağa...
19:57 08.10.2026
Texnologiya
Portuqaliya Amerikadan F-35 qırıcıları ala bilər
19:48 08.10.2026
Dünya
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət