Sərt reaksiya! "Rusiyanın sülhməramlı missiyasından imtina edilməlidir"
Turan
07:43 09.06.2021
Aktual
1166
Daha gözləyə bilmərik hərbçimiz, mülki insanımız həyatını itirsin
"Azərbaycan tərəfi birmənalı
44 günlük müharibədə ağır məğlubiyyət yaşayan Ermənistan Azərbaycana qarşı təxribatlarına ara vermir. Ötən gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində düşmənin silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu əlverişsiz havadan istifadə edərək yenidən ərazimizə daxil olublar. Azərbaycan Ordusunun sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb.
Digər diversantlar isə geri çəkilərək ərazini tərk ediblər. İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Görünür, bir neçə gün əvvəl Kəlbəcərdəki diversiyanı təkrarlamaq istəyiblər.
Belə çıxır ki, düşmən tərəf minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bağlı təzyiq və qınaqlardan nəinki dərs götürür, əksinə, daha da azğınlaşır, gözü dönür.
Ermənilərin davamlı təxribatları ilə bağlı “Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, iyunun 4-də Kəlbəcərdə baş vermiş terror aktı və ikisi jurnalist olmaqla üç mülki vətəndaşımızın həlak olması beynəlxalq qurumlara, dünya birliyinə ciddi siqnal olmalıydı. QAT rəhbəri deyib ki, ermənilərin terrorla məşğul olduğu, açıq-aşkar təxribat törətdikləri hamıya bəlli olsa da, reaksiyalar yox səviyyəsindədir:
“Üç-beş bəyanatı çıxmaqla erməni terroruna və səbəb olduğu faciəyə demək olar ki, reaksiya görmədik. Nə həmsədr ABŞ və Fransadan, nə də regiona sülhməramlı yerləşdirmiş Rusiyadan Ermənistana qarşı bəyanatın şahidi olmadıq. Əgər vəziyyət belədirsə və dəyişmirsə, qərarımızı özümüz verməliyik. Qərar da ondan ibarətdir ki, Azərbaycan tərəfi birmənalı Rusiyanın sülhməramlı missiyasından imtina etməlidir. Gözləməli deyilik ki, daha çox hərbçimiz, mülki insanımız həyatını itirsin, yaxud şikəst qalsın. Təşəbbüsü öz əlimizə almalıyıq. Konkret Rusiya qarşısında məsələ qaldırmalıyıq ki, siz “sülhməramlı” missiyanın öhdəsindən gələ bilmirsiz. Məhz Moskvanın “loyal” münasibətinin nəticəsidir ki, məğlub Ermənistan terrordan, təxribatdan əl çəkmir. Məğlubiyyətə uğramış bir ölkənin diversiya qruplarının gizlicə ərazimizə keçərək mina basdırmağa cəhd etməsi nə deməkdir?! Azərbaycanın peşəkar ordusu Xankəndi daxil olmaqla bütün ərazilərimizə, o cümlədən Ermənistanla sərhəddə tam nəzarət etmək gücündədir. Heç bir işə yaramayan sülhməramlıların Laçında nə işi var?”.
Siyasi şərhçi Asif Nərimanlı da “Şərq”ə vurğulayıb ki, kəşfiyyat-diversiya qrupunun hədəfinin təkcə ərazilərimizi minalamaq olmadığı ehtimalı güclüdür. Ekspertin sözlərinə görə, Kartanyanın danışdırılması digər tapşırıqları da ortaya çıxara bilər:
“İstisna deyil ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycan hərbçilərindən əsir götürmək tapşırığı da olub. Ermənistan hakimiyyətinin seçkiöncəsi buna nail olmaq istədiyi şübhəsizdir. Əsir götürməklə Azərbaycanın saxladığı erməni diversantlarla dəyişdirmək istəyir. Seçkiöncəsi saxlanılan erməni diversantların “qisasını” almaq, cəmiyyəti kiçik də olsa qələbəyə kökləmək və diversantların qaytarılmasına ümidləri artırmaq istəyir. “Gallup”un son sorğusu da təsdiqləyir ki, erməni cəmiyyəti üçün indi ən vacib məsələ “sərhədlər və əsirlər”dir. Paşinyan hakimiyyəti seçkidən öncə bu prioritetlər üzərindən qazanmaq niyyətindədir. Diversiyanın qarşısı alındı və ermənilər “ova gedərkən, ovlandı”. Hərçənd, təxribatlar davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya