Siyavuş Novruzovun çıxışı İsa Həbibbəylinin etirazına səbəb olub
05:52 01.06.2023
Aktual
392
“Türkologiya” jurnalı heç vaxt çapını dayandırmayıb
Parlamentin dünənki iclasında deputat Siyavuş Novruzovun çıxışı həmkarı, AMEA prezidenti İsa Həbibbəylinin etirazına səbəb olub. Deputat S.Novruzov qeyd edib ki, elm sahəsində ciddi işlər görülməlidir. Parlament üzvü bildirib ki, elmdə türkologiya və Cənubi Azərbaycan sahəsi ciddi yer almalıdır: “Əvvəllər “Türkologiya” jurnalı var idi, indi o da yoxdur. Bu materiallar artırılmalıdır”. Onun sözlərinə görə, vətəndaşları narahat edən digər məsələ peşə sahəsində olan problemlərdir: “Bütün nazirliklər akademiya açır, peşə məktəbi açan yoxdur. Bizim böyük şəhərlərimizdə də peşə məktəbi çox azdır. Bu gün onların sayı çox olsa, gənclər heç institutlara getməz. Peşə texniki sahəsində məsələyə ciddi yanaşılmalı, hər struktura tapşırıq verilməlidir ki, bir peşə texniki məktəb açılsın”.
Deputat İsa Həbibbəyli isə Siyavuş Novruzova cavabında bildirib ki, “Türkologiya” jurnalı heç vaxt çapını dayandırmayıb: “Türkologiyanın inkişafını təmin etmək üçün “Türkoloji araşdırma” jurnalı da çap olunur. Bu jurnallar bütün türk ölkələrində yayılır. AMEA-da Cənubi Azərbaycanla bağlı 3 şöbə də fəaliyyət göstərir. Orada 30 nəfərə yaxın elmi işçi çalışır. Hər üç şöbənin fəaliyyətinin gücləndirilməsi Rəyasət Heyətində müzakirə olunub. Hər iki sahənin potensialı çoxdur və daha da artırılacaq”.
Sədr Sahibə Qafarova isə Siyavuş Novruzova təklif edib ki, Elm və təhsil komitəsinin iclaslarında tez-tez iştirak etsin ki, bu cür məlumatları əldə etsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm