Stanislav Zas erməniləri məyus etdi
06:57 21.12.2022
Aktual
426
Laçın yolu KTMT-nin məsuliyyət zonasından kənardadır
“KTMT-yə üzv ölkələr haqlı olaraq ikitərəfli münasibətlər sistemində Azərbaycanla münasibətləri pozmaq istəmir”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Laçın yolundakı vəziyyətə münasibət bildirib. Bu barədə jurnalistlərə açıqlama verən Zas deyib ki, Laçın yolu KTMT-nin məsuliyyət zonasından kənardadır. Baş katibin sözlərinə görə, Ermənistandan bu məsələ ilə bağlı təşkilata heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin məsuliyyət zonasında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz məqsədilə və ekoloji monitorinqin keçirilməsi tələbi ilə 12 dekabrdan bəri azərbaycanlı QHT nümayəndələri və ictimai fəallar Laçın yolunda aksiya keçirirlər.
Politoloq Natiq Miri isə “Şərq”ə açıqlamasında deyib ki, Laçın yolu Azərbaycan ərazisi olduğu üçün S. Zas haqlı olaraq bu məsələnin KTMT-yə aidiyyəti olmadığını bəyan edib: “Sözün açığı, KTMT üzvləri heç məsuliyyətlərinə daxil olan ərazilərlə bağlı da siyasi qiymət vermək istəmir.
Azərbaycan Ermənistan sərhədində müxtəlif zamanlarda, o cümlədən sentyabrın 12-si və 14-də Ermənistan tərəfindən törədilən təxribatlar zamanı sərhəddə faktiki döyüş əməliyyatları həyata keçirilməsinə rəğmən KTMT prosesə siyasi qiymət veməkdən çəkindi. Halbuki hadisələrlə bağlı Ermənistan təşkilata müraciət etmişdi ki, KTMT məsələyə siyasi qiymət verərək Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarla bağlı ölçü götürsün. Döyüşlər gedən sərhəd ərazisinin təşkilatın məsuliyyət zonasına daxil olmasına baxmayaraq KTMT-nin, sadəcə, Ermənistana yardım məzmunlu qərarı Ermənistanı ciddi mənada qıcıqlandırdı və nəticə olaraq KTMT-nin qəbul etdiyi son qətnaməni imzalamadı.
Öz məsuliyyət sonasında baş verən hərbi əməliyyatlara belə siyasi qiymət verməkdən çəkinən KTMT-yə üzv ölkələr haqlı olaraq ikitərəfli münasibətlər sistemində Azərbaycanla münasibətləri pozmaq istəmir.
Həm də ki son vaxtlar Ermənistan KTMT ilə çox ciddi məsafə saxlayır. Hətta təşkilatın Ermənistanın təhlükəsizliyinə təminat verəcəyi ilə bağlı illüziyalara da birmənalı olaraq inanmadığını bildirərək alternativ axtarışlar mövqeyində olduğunu bəyan edib. Fransanın Afrikadan çıxan silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədində, hətta mümkün olarsa Qarabağda yerləşdirilməsini istəyir. Bununla bağlı konkret müraciətləri də var. Bu isə KTMT rəhbərliyinin nəzərindən qaçacaq bir məsələ deyil.
Hamı bilir ki, Ermənistan nəinki KTMT, hətta Rusiyanın Qarabağda mövcud olan “sülhməramlı” qoşunlarına belə alternativlər axtarışındadır. Bütün bunlar fonunda S. Zasın dediyi sözlər təəccüb doğurmur”.
N.Mirinin sözlərinə görə, Ermənistan rəhbəri ciddi-cəhdlə Azərbaycan əleyhinə Ukraynada Rusiyaya qarşı mövcud olan beynəlxalq koalisiya yaratmağa çalışır. Amma heç bir halda bu istəklərinə nail ola bilməyəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq